On iki imam () — islamın on iki imamçı şiə və ələvi qollarında Məhəmməd peyğəmbərin dini və siyasi xəlifələridirlər.Olson (2005), səh. 65 On iki imamçıların dini nəzəriyyələrinə görə, on iki imam təkcə cəmiyyəti ədalətlə idarə edən şəxslər yox, həmçinin şəriəti (İslam hüquq sisteminin) və Quranın ezoterik (sirli, yalnız seçilmiş şəxslərə məxsus) mənalarını qoruyan və təfsir (izah) edən nümunəvi insan fərdləridir. Məhəmmədin və imamların sözləri və əməlləri cəmiyyət üçün bələdçi və nümunə rolunu oynayır. Bu səbəbdən də onlar səhv və günahlardan uzaq olmalıdırlar (dini terminologiyada İsmət və ya məsumluq adlanır) və Məhəmmədin əli ilə ilahi hökmlə, və ya nəsslə təyin edilməlidirlər.Təbatəbai (1979), səh. 10Momen (1985), səh. 174
İmamət inancı
İslamın on iki imamçı şiə qolunun inancına görə əql – ilahi müdriklik (hikmət) Peyğəmbərlərin və imamların ruhlarının mənbəyi olmaqla, onlara Hikmət adlanan ezoterik bilik aşılayır və onların iztirabları, onların tərəfdarlarına ilahi bəxşiş vasitələridir.Təbatəbai (1979), səh. 15Korbin (2014), səh. 45-51
Baxmayaraq ki, imam ilahi vəhyi almır, ancaq onun Allahla çox yaxın rabitəsi var, hansı ki, o rabitə vasitəsilə Allah imama, imam da öz növbəsində insanlara bələdçilik edir. İmamlara həmçinin sahib olduqları “əl-Cəfr”, “əl-Camiə” kimi gizli kitablar da aid edilir. İmamət, yaxud ilahi rəhbərliyə etiqad on iki imamçı şiə əqidəsində əsas inanclardan hesab edilir və “Allah bəşəriyyəti ilahi bələdçiliyə çıxış imkanı olmadan buraxmaz” nəzəriyyəsinə əsaslanır.Gleave, Robert. "Imamate". Encyclopaedia of Islam and the Muslim world; cild 1. MacMillan. ISBN 0-02-865604-0.
On iki imamçıların inancına görə, hər dövrün müsəlman cəmiyyətində bütün əqidə və fiqh məsələləri üzrə ilahi hökmü müəyyən edən imamı var. Əli ibn Əbu Talib on iki imamın birincisidir və on iki imamçı etiqada görə, Məhəmmədin ədalətli səhabəsidir və onun qızı olan Fatimə yolu ilə ondan sonra Məhəmmədin kişi nəsli davam etmişdir. Bir-birləri ilə qardaş olan Həsən və Hüseyndən başqa hər bir imam özündən əvvəlki imamın övladıdır (oğludur). On ikinci və sonuncu imam Məhəmməd əl-Mehdidir və on iki imamçı şiələrin etiqadına görə, hal-hazırda həyatdadır (diridir) və dünyaya zühur edib ədaləti bərpa edənə qədər qeybdədir (bu hadisə Böyük Qeybət dövrü adlanır). On iki imamçı şiələr və Ələvi müsəlmanların inancına görə, on iki imam barədə Məhəmməddən nəql edilən “On iki xəlifə” hədisinə əsasən öncədən xəbər verilmişdir. On iki imamçı şiə və ələvi inancına görə, hazırda qeybdə olan sonuncu imamdan başqa bütün imamlar qeyri-təbii ölümlə ölüblər.
On iki imam bəzi Sufi ordenlərdə aparıcı rola malikdir və İslamın siyasi yox, sadəcə dini rəhbərləri hesab edilirlər. Belə ki, Sufi ordenlərin əksəriyyəti on iki imamdan birinə gedib çıxır.
İmamların siyahısı Nömrə Adının xəttatlıqla ərəbcə yazılışı Adı(Tam/Künyə) Yazılış(Ərəbcə/Azərbaycanca) Doğum vəÖlüm (M./H.Q.) Önəm Doğulduğu yer Ölüm səbəbi və yeri Dəfn yeriOn ikinci imam istisna1100pxƏli ibn Əbu Talibعلي بن أبي طالبƏbu əl-Həsənأبو الحسنƏmirəlmöminin(Möminlərin əmiri)Seyyed Hossein Nasr, Ali, Encyclopædia Britannica Online, 2007-10-12, http://www.britannica.com/eb/article-9005712/Ali əl-Mürtəza (Sevimli) Birinci AliEncyclopedia of the Modern Middle East and North Africa, 2004, Gale Group, ISBN = 978-0-02-865769-1600–66123 (Hicrətdən əvvəl)–40Təbatəbai (1979), səh. 190–192Şiələrə görə birinci imam və Məhəmmədin canişini; Sünniliyə əsasən dördüncü raşidi xəlifə. Bütün sufi müsəlmanlar arasında yüksək mövqeyə malikdir. Məhəmmədin soyunun onunla Fatimənin izdivacından davam etdiyinə inanılırMəkkə, Səudiyyə Ərəbistanı Kufə məscidində namaz qılarkən xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən qətlə yetirilmişdir.Təbatəbai (1979), p.192 Məzarı İraqın Nəcəf şəhərindəki İmam Əli məscidindədir.2100pxHəsən ibn Əliحسن بن عليƏbu Məhəmmədأبو محمدəl-Müctəba (Seçilmiş) İkinci Ali624–670Hasan, Encyclopædia Britannica Online, 2007-11-08 , http://www.britannica.com/eb/article-9039439/Hasan 3–50Təbatəbai (1979), səh. 194–195Məhəmmədin, qızı Fatimədən olan yaşca ən böyük nəvəsi. Həsən Kufədə xəlifəlik etmiş atasının ölümündən Muaviyyə ilə sülh müqaviləsi bağlayana qədər yeddi ay ərzində İraqa nəzarət etmişdir.Wilferd Madelung, ḤASAN B. ʿALI B. ABI ṬĀLEB, Encyclopaedia Iranica, 2012-07-06, http://www.iranicaonline.org/articles/hasan-b-ali}}Mədinə, Səudiyyə ƏrəbistanıOn iki imam şiələrinə görə indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərində Muaviyyənin təşəbbüsü ilə arvadı tərəfindən zəhərlətdirilmişdir.Təbatəbai (1979), səh. 195 Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır.3100pxHüseyn ibn Əliحسین بن عليƏbu Abdullahأبو عبداللهSeyyidüş-şühəda (Şəhidlərin rəhbəri) Üçüncü Ali626–680al-Husayn, Encyclopædia Britannica Online, 2007-11-08, http://www.britannica.com/eb/article-9041622/al-Husayn-ibn-Ali 4–61Təbatəbai (1979), səh. 196–199Məhəmmədin nəvəsi, Əlinin oğlu və Həsən ibn Əlinin qardaşı. Yezidin xəlifəliyinin qanuniliyinə qarşı çıxmış və bu səbəblə də Kərbəla döyüşündə öldürülmüşdür. Bu hadisədən sonar Hüseyn şiəlikdə mərkəzi, aparıcı mövqe tutur və ölümü qeyd edilir.Madelung Wilferd, ḤOSAYN B. ʿALI, Encyclopaedia Iranica, 2008-03-23, http://www.iranicaonline.org/articles/hosayn-b-ali Mədinə, Səudiyyə ƏrəbistanıKərbəla döyüşündə öldürülüb. Məzarı İraqın Kərbəla şəhərində İmam Hüseyn məscidindədir.4100pxƏli ibn Hüseynعلي بن الحسینƏbu Məhəmmədأبو محمدəl-Səccad, Zeynül-abidin (Səcdə edən, İbadət edənlərin ziynəti) Madelung Wilferd, 'ALÈ B. AL-HUOSAYN, Encyclopaedia Iranica, 2007-11-08, http://www.iranicaonline.org/articles/ali-b-hosayn-b-ali Dördüncü Ali658 – 712Təbatəbai (1979), səh. 202 38–95"Əhli-beytin Zəburu" kimi tanınan "Səhifeyi Səccadiyyə"nin müəllifi.Mədinə, Səudiyyə ƏrəbistanıƏksər şiə mənbələrinə görə xəlifə I Vəlidin göstərişi ilə Səudiyyə Ərəbistanının Mədinə şəhərində zəhərlətdirilmişdir. Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır.5100pxMəhəmməd ibn Əliمحمد بن عليƏbu Cəfərأبو جعفرBaqir əl-Ulum (Elmin təfsirçisi) Madelung Wilferd, Wilferd Madelung, AL-BAQER, ABU JAFAR MOHAMMAD, Encyclopaedia Iranica, 2007-11-08, http://www.iranicaonline.org/articles/baqer-abu-jafar-mohammad Beşinci Ali 677–732 57–114Əksər erkən Sünni və Şiə mənbələrinə əsasən həyatı boyunca bir çox fəqih yetişdirmişdir.Təbatəbai (1979), p.203Mədinə, Səudiyyə ƏrəbistanıBəzi şiə mənbələrinə görə xəlifə Hişam ibn Əbdülməlikin təşəbbüsü ilə İbrahim ibn Vəlid ibn Abdullah tərəfindən Səudiyyə Ərəbistanının Mədinə şəhərində zəhərlətdirilmişdir. Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır.6100pxCəfər ibn Məhəmmədجعفر بن محمدƏbu Abdullahأبو عبداللهəs-SadiqTəbatəbai (1979), səh. 203–204 (Sədaqətli) Altıncı Ali 702–765 83–148Adı ilə əlaqədar olaraq On iki imam şiəliyi məzhəbi Cəfərilik adlandırılmışdır. Əbu Hənifə və Malik ibn Ənəsin fiqh, Vasil ibn Əta və Hişam ibn Həkəmin hədis/kəlam, Cabir ibn Həyyanın cəbr və kimya üzrə müəllimi olmuşdur.Wasil ibn Ata, Encyclopædia Britannica Online, 2007-11-08, http://www.britannica.com/eb/article-9076198/Wasil-ibn-Ata Mədinə, Səudiyyə ƏrəbistanıBəzi şiə mənbələrinə əsasən xəlifə Mənsur tərəfindən Səudiyyə Ərəbistanının Mədinə şəhərində zəhərlətdirilmişdir. Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır.7100pxMusa ibn Cəfərموسی بن جعفرƏbu əl-Həsənأبو الحسن الاولMadelung Wilferd, 'ALÈ AL-HAÚDÈ, Encyclopaedia Iranica, 2007-11-09, http://www.iranicaonline.org/articles/ali-al-reza əl-KazimTəbatəbai (1979), səh. 205 ("Sakit") Yedinci Ali744–799 128–183Cəfər ibn Məhəmməddən sonra İsmaililər də daxil olmaqla şiələrə görə imam.Təbatəbai (1979), səh. 78 Xorasanda şiələrdən xumsun rahat yığılması üçün nümayəndələr şəbəkəsi qurmuşdur. Məhdəviyyətdə yüksək mövqeyə sahibdir. Əksər insanlar onun vasitəsilə öz soylarını Məhəmmədə bağlayırlar.Sachedina (1988), səh. 53–54Mədinə, Səudiyyə ƏrəbistanıŞiə inamına görə xəlifə Harun ər-Rəşidin sifarişi ilə həbs olunmuş və həbsxanada zəhərlətdirilmişdir. Məzarı İraqın Bağdad şəhəri yaxınlığındakı Kazımeyn şəhərində İmam Musa Kazım türbəsindədir.8100pxƏli ibn Musaعلي بن موسیƏbu əl-Həsən أبو الحسن الثانیar-Riza, RezaTəbatəbai (1979), səh. 205–207 (Razı/Məmnun) Sekizinci Ali765–817 148–203Xəlifə Məmun tərəfindən vəliəhd elan edilmişdir. Müsəlman və qeyri-müsəlman alimlərilə etdiyi mübahisələrlə məşhurdur.Mədinə, Səudiyyə ƏrəbistanıBəzi şiə mənbələrinə görə İranın Məşhəd şəhərində xəlifə Məmunun göstərişi ilə zəhərlətdirilmişdir.Məzarı İranın Məşhəd şəhərində İmam Rza məscidindədir.9100pxMəhəmməd ibn Əliمحمد بن عليƏbu Cəfərأبو جعفرəl-Təqi, əl-CavadTəbatəbai (1979), səh. 207 (Allahdanqorxan, Əliaçıq) Dokuzuncu Ali810–835 195–220Abbasi xəlifələrinin zülm və təqibləri qarşısında mərdliyi və təqvası ilə məşhurdur.Mədinə, Səudiyyə ƏrəbistanıŞiə mənbələrinə görə xəlifə Mötəsimin sifarişi ilə arvadı, xəlifə Məmunun qızı tərəfindən zəhərlətdirilmişdir. Məzarı İraqın, Kazımeyn şəhərində İmam Təqi türbəsindədir.10100pxƏli ibn Məhəmmədعلي بن محمدƏbu əl-Həsən أبو الحسن الثالثəl-Hadi, əl-NəqiMadelung Wilferd, 'ALÈ AL-HAÚDÈ, Encyclopaedia Iranica, 2007-11-08, http://www.iranicaonline.org/articles/ali-al-hadi-abul-hasan-b (Hidayət edən, Təmiz/pak) Onuncu Ali827–868 212–254Şiə cəmiyyətindəki nümayəndələr şəbəkəsini genişləndirdi və gücləndirmişdir. Həmçinin şiələr tərəfindən verilmiş xümsu qəbul etdiMədinə yaxınlığında Sürəyya kəndi, Səudiyyə ƏrəbistanıBəzi şiə mənbələrinə görə xəlifə Mötəz tərəfindən İraqın Samirə şəhərində zəhərlətdirilmişdir.Təbatəbai (1979), səh. 208–209 Məzarı İraqın Samirə şəhərindəki İmam Əskəri məscidindədir.11100pxHəsən ibn Əliالحسن بن عليƏbu Məhəmmədأبو محمدəl-ƏskəriHalm, 'ASKARÈ, Encyclopaedia Iranica, 2007-11-08, http://www.iranicaonline.org/articles/askari-abu-mohammad-hasan-b (Qarnizon şəhərinin vətəndaşı') Onbirinci Ali |846–874 232–260 |Həyatının böyük bir qismi xəlifə Mötəmidin hakimiyyəti illərinə rast gəlmişdir. Atasının ölümündən sonra ona qarşı təzyiqlər artmışdır.Təbatəbai (1979) səh. 209–210 |Mədinə, Səudiyyə Ərəbistanı |Şiə mənbələrinə görə xəlifə Mötəmidin göstərişi ilə İraqın Samirə şəhərində zəhərlətdirilmişdir. Məzarı İraqın Samirə şəhərindəki İmam Əskəri məscidindədir.Təbatəbai (1979), səh. 209–210 |- |12 |100px |Məhəmməd ibn əl-Həsənمحمد بن الحسنƏbu əl-Qasimأبو القاسم |əl-Məhdi, Qaim, əl-HöccətMuhammad al-Mahdi al-Hujjah, Encyclopædia Britannica Online, 2007-11-08, http://www.britannica.com/eb/article-9054165/Muhammad-al-Mahdi-al-Hujjah (Hidayət olmuş, Qayıb/itkin, Rəhbər') Onikinci Ali874–941.Təbatəbai (1979), səh. 210–211On iki imam şiələrinin mənbələrinə əsasən mövcud olmuş tarixi şəxsiyyət və vəd olunmuş Mehdi. İsa ilə birgə zühur edib haqsızlıq və ədalətsizliklə mübarizə aparıb, dünyada ədalət və nizamı bərpa edəcəyinə inanılır.Təbatəbai (1979), səh. 211–214Samirə, İraqŞiə mənbələrinə görə 872-ci ildə Allahın göstərişi ilə qeybə çəkilmişdir.
İmamların imamlıq illəri Əli ibn Əbu Talib — 632-661 (29 il) Həsən ibn Əli — 661-670 (9 il) Hüseyn ibn Əli — 670-680 (10 il) Əli ibn Hüseyn — 680-712 (32 il) Məhəmməd ibn Əli — 712-732 (20 il) Cəfər ibn Məhəmməd — 732-765 (33 il) Musa ibn Cəfər — 765-799 (34 il) Əli ibn Musa — 799-817 (18 il) Məhəmməd ibn Əli — 817-835 (18 il) Əli ibn Məhəmməd — 835-868 (33 il) Həsən ibn Əli — 868-874 (7 il) Məhəmməd ibn əl-Həsən — 874-hal-hazıradək (1155 il)
Bu model On İki İmam Şiə düşüncəsinə əsaslanır. Şiə düşüncəsində Əli ibn Əbu Talibin İmamət və ilahi xilafət dövrü İslam Peyğəmbərinin vəfatı ilə başlanır. Onun müsəlmanlar üzərində hakimiyyəti dövrü isə Osman ibn Əffanın öldürülməsindən sonra başlayır. Hər bir İmamın İmamətinin başlanğıcı əvvəlki İmamın vəfatı ilə üst-üstə düşür. On ikinci imam Höccət ibn əl-Həsənin İmamət dövrü əvvəlki İmamının vəfat etdiyi andan başladı və On İki İmam Şiə inancına görə, o, sağdır və gözlərdən qaibdir. Buna görədə Höccət ibn əl-Həsənin İmaməti onun zühuruna və sonra ölümünə qədər davam edəcəkdir.
Həmçinin bax On iki imam şiəliyi On iki xəlifə Əhli-beyt Ələvilik