"12 stul" () — rejissor Leonid Qaydayın filmi.

Məzmun İnqilab zamanı bir çox insanlar öz dəyərli cavahiratlarını etibarlı yerlərdə gizlətmişlər. Keçmiş dvoryan başçısı indiki (1927) kargüzar İppolit Matfeyeviç Vorobyaninov bir qoca qadının ölümündən xəbər tutur. Məsələ burasındadır ki, həmin qadın 150 min qızıl rubl dəyərində brilyant və mirvarilərini vaxtilə məşhur ustad Hambsın qonaq otağındakı 12 stuldan birinin içində gizlətmişdi. Vorobyaninov bütün işlərini bir kənara qoyaraq stulları axtarmaq qərarına gəlir. O, köhnə şəhərə – keçmiş dostu dalandar Tixonun yanına gedir. Vorobyaninov orada təsadüfən böyük kambinasiyaçı və gənc fırıldaqçı Ostap Benderlə qarşılaşır. Onlar pulun 40 faizinə ortaq olmağa razılıq verirlər. Lakin Fyodorun bu söhbətə gizlincə qulaq asmağı onu da bu işdən xəbərdar edir. Tezliklə xəbər gəlir ki, bütün 12 stul hamısı birdən hərraca qoyulub. Lakin Vorobyaninov hərraca bir az qalmış bütün pulları restoranda xərcləyir. Çətinliklə qarşılaşan hərislər indi stulları və cavahiratı tapmaq üçün başqa yollar fikirləşməlidirlər. Xəzinənin sonda kimə qismət olacağı filmin sonuna qədər tamaşaçıları intizarda saxlayır.

Film haqqında Filmdə olan şəhər çəkilişləri Rıbinsk şəhərində çəkilmişdir. İlf və Petrovun bu romanını əslində rejissor Georgi Daneliya çəkməli idi. Lakin o, sonradan filmi "12 stul" romanını çəkmək arzusu ilə yaşayan daha bir məşhur rejissora — Leonid Qaydaya verir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifləri: Vladlen Baxnov, Leonid Qayday Quruluşçu rejissor: Leonid Qayday Operatorlar: Sergey Poluyanov, Valeri Şuvalov Rəssam: Yevgeni Kumankov Bəstəkar: Aleksandr Zasepin

Rollarda Arçil Qomiaşvili — Ostap Bender Sergey Filippov — Vorobyaninov Mixail Puqovkin — Fyodr Klara Rumyanova — Katerina Yuri Nikulin — Tixon Qriqori Şpigel — Aleksandr Yakovleviç Nataliya Kraçkovskaya — madam Qrisasuyeva Nataliya Varley — Yelizaveta Nataliya Vorobyova — Elloçka Şşukina; "Adamyeyən Elloçka" Viktor Pavlov — Kolya Nina Qrebeşkova — Musik Vladimir Etuş — Andrey Bruns Georgi Vitsin — Meçnikov Leonid Qayday — Varfolomey Korobeynikov Saveli Kramarov — Ostap Benderlə şahmat oynayan Aleksandr Xvılya

Xarici keçidlər Filmi izlə (azərbaycan dilində) 10 ən yaxşı sovet filmi

Kateqoriya:SSRİ filmləri Kateqoriya:Rusiya filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Leonid Qaydayın filmləri Kateqoriya:1971-ci ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:Rusiya haqqında filmlər Kateqoriya:SSRİ haqqında filmlər Kateqoriya:Canlı aktyorlar və animasiyanın olduğu filmlər Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Fırıldaqçılar haqqında filmlər Kateqoriya:Gürcüstanda çəkilən filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər