Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsusi Təyinatlılar bölməsi.

Yaranma Tarixi SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci Dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-desant bölməsində xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir.

Vəzifəsi SAS xüsusi təyinatlıların əsas vəzifəsi bulardır: Birləşmiş Krallıq hökumətini siyasətinə dəstək Terrorçuluğa qarşı həm ölkə daxilində, həm də dünyada mübarizə Digər ölkələrdən əsgər yığımı və hazırlanması

Qəbul, seçim və təlim thumb|Pen y Fan yüksəkliyi. Dəniz səviyyəsindən 886 m hündürlükdə. Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur. Bu mərhələ təqribən 200 nəfər namizədin iştirakı ilə 5 həftə davam edir. Namizədlər ilk növbədə Şəxsi Fitness Testi (PFT) və İllik Fitness Testini (AFT) tamamlamalıdır. Sonra onlar vaxta qarşı yarışırlar, hər növbəti gün qaçmalı olduğu məsafələr artırılır. Namizədlər dözümlülüyün yoxlanması zamanı tam təchizatla, 20 saat ərzində, 64 km yeriyərək Pen y Fan dağına qalxıb, enməlidirlər. Bu mərhələnin ardınca namizədlər 30 dəqiqəyə 6,4 km qaçmalı və 3,2 km məsafəni isə maksimum 90 dəqiqəyə üzərək keçməlidirlər.

Sonra namizədlər Beliz, Bruney və ya Malayziyada cəngəllik mərhələsindən keçməlidir. Bu mərhələdə onlar cəngəllikdə sağ qalma, istiqaməti müəyyən etmə kimi testlərdən keçirlər. Təlimi bitirdikdən sonra namizədlər döyüş təyyarələrində Hereford şəhərinə qayıdır. Sonuncu seçim testi və mübahisəli olaraq ən çətini hesab olunan Sorğuya müqavimət testi (RTI) isə 36 saat davam edir.

Adətən, namizədlərin yalnız 15–20%-i yüksəklik mərhələsini keçir. 200 namizədin əksəriyyəti təlimin elə ilk günlərindən keçə bilmir. Təlimin sonuna isə 30 nəfər qalır. Bütün seçim mərhələlərini uğurla tamamlayan namizədlər əməliyyat heyətinə qəbul edilir.

Silahlanma Diemaco C7A1 növlü Avtomat Diemaco C8A1 Karabini Heckler & Koch MP5 FN MİNİMİ pulemyotu M203 qranatamyotu Browing Hi-Power tapançası Sig Sauer P226 tapançası HK USP tapançası L96 A1 snayperi M18 A1 minaları

Qalereya

Mənbə Who Dares Wins — SAS Info website A website dedicated to British elite units and special forces, including the renowned Special Air Service Video footage of the SAS in action at the Iranian Embassy Siege SAS

Kateqoriya:Hərbi birləşmələr