Çobanoğulları bəyliyi (; 1211–1309) — Kastamonu və bölgə ətrafında 1211–1309-cu illər arasında hökm sürmüş Anadolu bəyliklərindən biri.

Tarixi Anadolu Səlcuqlu dövlətinin Bizans sərhədində bir çox türkmən kütləsinin toplanmasıyla Hüsaməddin Çoban tərəfindən əsası qoyulan dövlət olmuşdur. Sultan I İzzəddin Keykavusdan sonra taxta çıxan I Alaəddin Keykubad bağlılıqlarını ərz etmələri üçün bütün uc bəylərini hüzuruna çağırdığında, bu bəylər arasında Oğuzların Kayı boyundan Hüsaməddin Çoban da var idi. 1225-ci ildə Krıma səfər təşkil edərək Sudak şəhərini fəth edən Hüsaməddin Çoban Bəydən sonra yerinə oğlu Alp Ürək keçdi. Onun da yerinə keçən oğlu Yavlak Arslan, bəyliyini Anadolu Səlcuqluları və Elxanlılara bağlı olaraq davam etdirdi. Yavlak Arslan Anadolu Səlcuqlarının taxt döyüşünə qarışdığı üçün 1292-ci ildə öldürülüb. Yavlak Arslanın yerinə keçən oğlu Mahmud bəy vaxtında Bizansa hücumlar düzənlənsə də, Candaroğlu Süleyman Paşanın qüvvələri Kastamonu 1309-cu ildə ələ keçirdi və bu bəyliyə son verdi.

Çobanoğulları hökmdarları (bəyləri) +Çobanoğulları bəyləriSıraHökmdar (Bəy)Hakimiyyət dövrüQeydlər1Hüsaməddin Çoban1211-?Arslan Yabqunun oğlu Qutalmışın soyundandır. Bəzi qaynaqlara görə isə Qayı boyundandır və ya Qayılarla qohumluq əlaqəsi qurmuşdur.2Alp Ürək?-1280Hökmdarlığı qısa sürmüşdür.3Müzəffərəddin Yavlak Arslan1280–1292Ən məşhur Çobanoğulları bəyi. Ölümünə az qalmış Anadolu Səlcuqlu taxt mücadiləsinə girişmişdir.4Mahmud bəy1292–1309Son Çobanoğlu bəyidir. Candaroğlu Süleyman bəy tərəfindən öldürülmüşdür.

Həmçinin bax Anadolu bəylikləri Türk sülaləri

Kateqoriya:Anadolu bəylikləri Kateqoriya:1227-ci ildə yarananlar Kateqoriya:XII əsrdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Sünnilik Kateqoriya:Türk sülalələri