Yerəruyk məbədi – Qərbi Azərbaycanda (indiki Ermənistan respublikası), Şörəyel mahalının Agin rayonu ərazisində, Arpaçayın sol sahilində qədim türk Ə. Ələkbərli – Qərbi Azərbaycan abidələri, Bakı, Nurlan, 2007, səh 82 – 83Ə. Ələkbərli – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 162 – 166 məbədi.
Məbədin bütün yan divarları salamat qalmış, lakin tavanı, üçnefli zalın arakəsmələri və s. tikililər uçub dağılmışdır. Tədqiqatçılar yekdil olaraq məbədin bölgədə xristianlığın ilk çağlarına aid olması və onun IV – V yüzillərdə tikilməsi qənaətindədirlər.М. Арутунян, С. А. Сафарян – Памятники армянского зодчества, Москва, 1951, ст 35 – 36
Məbəd erkən orta əsrlər alban bazilikaları, xüsusilə Azərbaycan respublikasının Qax rayonu ərazisindəki Qum bazilikası ilə xeyli oxşar xüsusiyyətlərə malikdir. Yerəruyk monastırının yerləşdiyi ərazi tarixən türk boylarının anayurdu olmuşdur. Şörəyel // Şirək – el adı da bu yerlərin qədim sakinləri olan şirak türk tayfasının adı ilə bağlıdır.Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, ADN, 1994, səh 94 - 97
Məbədin yerləşdiyi əraziyə ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Çar Rusiyası tərəfindən işğalından sonra başlamışdır.Ə. Ələkbərli – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 25 - 28
Abidə 25 avqust 1995-ci ildə Ermənistandakı xristian abidəsi kimi UNESCO-nun Ümumdünya İrsinin Sınaq Siyahısına salınmışdır. Mənbə Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В.1994, səh.25-28. İstinadlar
Kateqoriya:Şörəyel abidələri Kateqoriya:IV əsrə aid kilsələr Kateqoriya:V əsrə aid kilsələr Kateqoriya:Ermənistandakı ümumdünya irsi Kateqoriya:Qədim Ermənistan