()- sinfinə aid heyvan dəstəsi.
Xarici quruluşu Skutigerlər qamətli bədənə malik, 15 cüt ayağı olan çoxayaqlılardır. Bədənin uzunluğu 15-45 mm arasında dəyişir. Bədənin səthi, quraq şəraitdə yaşamağa imkan verən sukeçirməz kutikula ilə örtülmüşdür. Milçəktutanların nazik uzun ayaqları, onların açıq səthdə cəld hərəkət etməyə uyğunlaşdığını göstərir. Başının böyürlərində yerləşmiş sıx gözcük topaları cücülərin mürəkkəb faset gözlərini xatırladır.
Həyat tərzi Milçəktutanlar sığınacaqlardan torpağın açıq səthində yaşamağa çıxmağa qabildirlər. Gecə milçəktutanlar evlərin divarları üzərində qaçaraq milçək ovlayırlar. Bir çox cənub ölkələrində qansoran cücüləri məhv etmək üçün milçəktutanları qoruyurlar.
Yayılması 130 növdən MDB-də 2, Azərbaycanda (Abşeronda) 1 növ qeydə alınmışdır.
Təsnifatı
İstinadlar
Həmçinin bax
Kateqoriya:Həşəratlar Kateqoriya:20–24 ID olan Taksonbar