Məmmədxanov Ələkbər (1875, Naxçıvan – 1920, Bakı) – dövrünün ziyalısı, Zaqafqaziya (Qori) Müəllimlər seminariyasında təhsil almışdır. Mühəndis.
Həyatı 1884-cü ildə Qori Müəllimlər Seminariyasına daxil olmuş, lakin təhsil haqqını ödəyə bilmədiyindən seminariyadan çıxarılmışdır.
Sonralar Xarkov Universitetində təhsil alaraq mühəndis ixtisası qazanmış, Bakıda Musa Nağıyevin şirkətində neft mühəndisi işləmişdir.
Bəhailik təriqətinin tarixi və fəlsəfəsini öyrənmiş, bu sahədə Qafqazda çap olunmuş əsərləri, o cümlədən Atropet adlı müəllifin "İmamat" kitabını avtoqrafla məşhur rus yazışısı Lev Tolstoyagöndərmişdir.
L.Tolstoy şəxsiyyətinə, irsinə və fəlsəfi görüşlərinə rəğbət bəsləmiş, onunla məktublaşmışdır.
Şeyx Bəhaullanın "İşıq" əsərini və bir sıra digər əsərləri rus dilinə tərcümə edərək Yasnaya Polyanaya göndərmişdir.
Mənbə Məmmədli Q. Molla Nəsrəddin (salnamə),B., 1984. Həbibbəyli İ. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər