() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Qısa təsviri və yayılması İri qartaldır. Rəngi qonurdur. Burun dəlikləri ovaldır. Səsi boğunuq çıxır.

Yayılması Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda miqrantdır. Burada Xəzər sahili boyunca uzanan düzənlik sahələrdə təsadüf olunur. Mart-aprel və sentyabr oktyabr aylarında görünür.

Yaşayış yeri və həyat tərzi Yarımsəhra sahələri xoşlayır. Azərbaycanda müvəqqəti olduğu üçün həyat tərzi diqqəti cəlb etməyib.

Sayı XX əsrə qədər adi saylı, 1990-cı illərə qədər azaldılıb, nadir olub, 2000—2001-ci illərdə 6 quş qeyd edilib, indi isə nəslinin kəsilmə təhlükəsi var, son 10 ildə 1 dəfə Salyan ətrafında (oktyabr, 2007-ci ildə) yaralanmış halda əldə edilib (şəxsi həyətdə qəfəsdə saxlanılıb).

Azalma səbəbləri Növün kəmiyyət göstəricisinə təsir edən əsas faktorlar Böyük Qafqazdan şimala tərəf yerləşən ərazinin vəziyyətidir. Azərbaycanda bozqır qartalının miqrant populyasiyanın zərərli hesab edilib ovlanması da ona mənfi təsir edib.

Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağandır. Respublikanın və Naxçıvan MR-ın Qırmızı kitablarına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Xəzər dənizinin qərb sahili boyunca yerləşən düzən sahələrdə miqrant populyasiyasının qorunmasına nəzarətin gücləndirilməsi, süni şəraitdə yetişdirilib təbiətə buraxılması, növün əhaliyə tanıdılması.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İran quşları Kateqoriya:1828-ci ildə təsvir edilən quşlar Kateqoriya:Həssas növlər Kateqoriya:Afrika faunası Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları