Kişi sözü — rejissor Cahangir Mehdiyevin filmi.“Qasım gəlir, Qasım gəlir...”: Rejissor Cahangir Mehdiyev “Kişi sözü”ndən danışır //Azadlıq.- 2014.- 24 noyabr.- S.14.

Məzmun Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur.

Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir...

Film haqqında Film aktyor Əjdər Həmidovun kinoda ilk işidir. Film aktrisa Sənubər İsgəndərlinin kinoda ilk işidir. Filmin çəkilişləri bir neçə yerdə aparılsa da, pavilyon çəkilişləri olmayıb. Filmə 15 ay vaxt ayrılmasına baxmayaraq film 10 aya hazır oldu. Filmin təsdiq etmə mərasimindən sonra rejissor Cahangir Mehdiyev məsləhətləşmək üçün Moskvaya, müəllimi Georgi Daneliyanın yanına üz tutur. Belə ki, Cahangir Mehdiyev "Mosfilm"də Musiqili Komediya Birliyinin bədii rəhbəri, kinorejissor Georgi Daneliyanın tələbəsi olub. Daneliya ssenari ilə tanış olur və ondan məmnun qalır. Lakin, söhbət idmançı Niyaz obrazının üzərinə gəldikdə, bu rola kimin çəkiləcəyi ilə maraqlanır və məsləhət görür ki, bu rola Cahangir Mehdiyev özü çəkilsin. Bu rol üçün Rəfael Dadaşov nəzərdə tutulsa da, onunla sınaq çəkilişləri aparılmamışdı."Kişi Sözü: Filmin davamı çəkiləcək", Ekspress qəzeti, 24.07.2003, Ulduzə Qaraqızı

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: İsi Məlikzadə“Kişi sözü” filminə müasir baxış: “İstəyirəm “Kişi sözü” filminin ardını çəkim, amma maliyyə tapa bilmirəm”: [filmin ssenari müəllifi İsi Məlikzadə, quruluşçu rejissoru Cahangir Mehdiyevdir] //Ədalət.- 2012.- 21 dekabr.- S.8. Quruluşçu rejissor: Cahangir MehdiyevRamilə. “Kişi sözü”nün müəllifinin 60 yaşı oldu: [Tanınmış rejissor, Əməkdar incəsənət xadimi Cahangir Mehdiyev] //Mövqe.- 2011.- 20 yanvar.- S. 13. Quruluşçu operator: Eduard Qalakçiyev, Fikrət Əsgərov Quruluşçu rəssam: Fikrət Əhədov Bəstəkar: Vasif Adıgözəlov Mahnıların mətni: Ramiz Rövşən Səs operatoru: Kamal Seyidov Rejissor: Adil İsmayılov Operator: Sərvər Rəşidoğlu Montaj edənlər: Nataliya Albitskaya, Lyudmila Lotina Quraşdırılmış səhnələrin operatoru: Rafiq Kərimov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev İnzibatçılar: Həsən Tağıyev, İ. Həsənov Redaktor: Svetlana İsmayılova Çalır: Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Dövlət Estrada Simfonik Orkestri Dirijor: Rafiq Babayev Filmin direktoru: Tələt Rəhmanov Mahnı ifa edən: Vasif Adıgözəlov (Nəbinin mahnısı) İstifadə edilən mahnılar: "The Great Gig In The Sky", "On the Run" (Pink Floyd qrupu) (titrlərdə yoxdur)

Rollarda Əjdər Həmidov — Qasım Muxtar Avşarov — Ələmdar Cəvahir Bayramova — Nübar Tələt Rəhmanov — Bayandur Əfrasiyab Məmmədov — Nəbi Cahangir Mehdiyev — Niyaz Sənubər İsgəndərli (Sənubər İsgəndərova kimi) — Solmaz Leyla Bədirbəyli — Xavər İradə Həsənova — Ağca Lətifə Əliyeva — Qəndab Kəmalə Hüseynova (Kəmalə Abdullayeva kimi) — Tovuz Aydın Həmidov — poçtalyon Elnur Mehdiyev — velosipedli oğlan Balabəy Balabəyov — arıq sürücü Nazim Ağayev — Atayev Nizami İsmayılov — rejissor Dilarə Hüseynova Ə. Əhmədov S. Nəbiyeva Naibə Şirinova Nuriyyə Əhmədova N. Kazımov Telli Hüseynova (T.Hüseynova kimi) Rəhman Rəhmanov — operator

Filmi səsləndirənlər Eldəniz Rəsulov — rejissor (Nizami İsmayılov) (titrlərdə yoxdur) Mirvari Novruzova — Nübar (Cəvahir Bayramova) (titrlərdə yoxdur) Məhbubə Məlikova — Ağca (İradə Həsənova) (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1987-ci ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər