Xubilay xan (doğum adı Xubilay və ölümündən sonra isə Şizu) () — Monqol İmperiyasının beşinci xaqanı (1260–1294) və Yuan sülaləsinin banisi.

Xubilay Toluy xanın 4-cü (Sörköktəni Bəgi ilə olan 2-ci) oğlu və Çingiz xanın nəvəsi idi. 1260-cı ildə böyük qardaşı Mengü xanın ölümündən sonra taxta çıxdı, ancaq o, kiçik qardaşı Arıq Buğanı 1264-cü ilə qədər davam edəm Monqolustan Vətəndaş Müharibəsində məğlub etməli oldu. Bu hadisə imperatorluğun dağılmasının başlanğıcı hesab edilir. Xubilayın həqiqi qüdrəti Çinə və Monqolustana çatsa da, hələ də Elxanilər dövləti üzərində və az da olsa, Qızıl Ordu üzərində hakimiyyəti var idi. Əgər Monqol imperiyası o dövr üçün vahid hesab edilsə idi, Xubilay xanın gücü Sakit okeandan Qara Dənizə Sibirdən müasir Əfqanıstana — dünyanın məskunlaşılmış torpaq ərazisinin beşdə birinə çatırdı.

1271-ci ildə Xubilay Yuan sülaləsinin əsasını qoydu. O, müasir Monqolustan, Çin, Koreya və bəzi qonşu əraziləri idarə edir və Çin imperatoru hesab edilirdi. 1279-cu ilə qədər Yuan qüvvələri Cənubi Sun sülaləsinin axırıncı müqavimətini qırdı və Xubilay imperatorluğu birləşdirən ilk Xan sülaləsinə mənsub olmayan şəxs oldu. Bundan başqa Xubilay 1260-cı ildən sonra yeni ərazilər işğal edən tək Monqol xanı oldu.

Erkən həyatı thumb|300px|Tuluy xan və Sorğağtani Bəki Xubilay Toluy xanın 4-cü oğlu (Sörköktəni Bəgi olan ikinci oğlu) idi. Babası Çingiz xanın məsləhəti ilə Sorğağtani buddist tanqut qadını öz oğlunun dayəsi kimi seçdi və daha sonra Xubilay onu yüksək qiymətləndirdi. Xarəzmşahlar dövlətinin işğalından sonra evə gedən yolda Çingiz xan İli çayının yaxınlığında 1224-cü ildə baş verən ilk ovdan sonra nəvələri Mengü və Xubilay üçün mərasim təşkil etdi. Doqquz yaşında olan Xubilay böyük qardaşı ilə birlikdə dovşan və antilop ovladı. Onun babası monqol ənənələrinə uyğun olaraq öldürülmüş heyvanlardan Xubilayın orta barmağına sürtdü.

Monqol-Çzin müharibəsindən sonra 1236-cı ildə Ögedey xan Hebey vilayətini (80 min insanla birlikdə) 1232-ci ildə ölmüş Tuluy xanın ailəsinə verdi. Xubilay 10 min insanın daxil olduğu öz malikanəsini aldı. O, təcrübəsiz olduğundan yerli məmurlara müstəqil idarəçilik verdi. Məmurlar arasındakı özbaşınalıq və soyğunçu vergi siyasəti çinli kəndlilərə qaçmağa məcbur etdi və bu da vergi gəlirlərini azaltdı. Xubilay cəld Hebeydəki mirasına gəldi və islahatlar keçirdi. Sorğağtani ona kömək etməsi üçün yeni məmurlar göndərdi və vergi qanunları yenidən işləndi. Bu səylər sayəsində getmiş insanların çoxu qayıtdı.

Xubilay xanın erkən həyatının ən əhəmiyyətli və ona həyatında ən təsir edən hissəsi onun həmin dövrün Çin mədəniyyətinə maraq göstərməsidir. Xubilay Şimali Çinin buddist monarxı Heyunu Monqolustandakı ordasına çağırdı. O, 1242-ci ildə Heyunla Qaraqorumda görüşəndə ondan buddizmin fəlsəfəsi barədə soruşdu. Heyun 1243-cü ildə doğulan Xubilayın oğlunu Çingim (mənası təmiz qızıl) adlandırdı. Heyun Xubilayı əvvəl taoist və sonra buddist keşiş olmuş Liu Binqzonqla tanış etdi. Liu rəssam, xəttat, şair və riyaziyyatçı idi və Heyun müasir Pekindəki məbədinə qayıdanda Liu Xubilayın məsləhətçisi oldu. Xubilay tezliklə alim Zao Bini də öz məiyyətinə daxil etdi.

Şimali Çinin işğalı thumb|Gənc Xubilayın portreti, Xubilayın sarayındakı Nepal rəssamı Araniko 1251-ci ildə Xubilayın böyük qardaşı Mengü Monqol İmperiyasının xanı oldu. Mahmud Yalavac və Xubilay Çinə göndərildi. Xubilay şimali Çin üzərində Mengü xanın vitse-kralı olaraq hakimiyyəti qəbul etdi və öz ordasını Daxili Monqolustana köçürdü. Vitse-kral kimi hakimiyyəti zamanı Xubilay öz ərazisini yaxşı idarə etdi, Henan ərazisinin kənd təsərrüfatı məhsulatını artırdı və Sianı alandan sonra sosial məişət xərclərini artırdı. Belə hərəkətlər Çin sərkərdələrinin rəğbətinə səbəb oldu və Yuan sülaləsinin əsasının qoyulmasında vacib rol oynadı. 1252-ci ildə Xubilay Mahmud Yalavacı məhkəmə müzakirələri zamanı şübhəlilərin edamı üçün tənqid etdi və Zao Bi taxta qarşı saymaz hərəkətlərinə görə ona hücum etdi. Mengü xan Mahmud Yalavacı vəzifəsindən azad etdi.

1253-cü ildə Xubilaya Yunnan ərazisinə hücum etmək əmr edildi və Xubilay Dali krallığından tabe olmağı tələb etdi. Hakim Qao ailəsi müqavimət göstərdi və monqol elçilərini öldürdü. Monqollar qüvvələrini üç hissəyə böldülər. Ordunun bir qanadı şərqə — Siçuan hövzəsinə hərəkət etdi. Subutayın oğlu Uryanxadayın başçılığı altındakı ikinci hissə qərbi Siçuanın dağlarına tərəf olan çətin istiqaməti götürdü. Xubilay isə otlaq ərazilər üzərindən cənuba getdi və ordunun birinci qanadı ilə görüşdü. Uryanxaday şimaldan göl kənarı boyunca gedərkən Xubilay paytaxt şəhər Dalini ələ keçirdi və elçilərinin qatillərindən başqa bütün sakinləri qorudu. Dalinin sonuncu kralı Duan Şinqzi Mengü xan tərəfindən yerli hakim olaraq təyin edildi; Duan ərazisində əsayiş komissarının yerləşdirilməsini qəbul etdi. Xubilayın gedişindən sonra müəyyən fraksiyalar arasında iğtişaş başlandı. 1255-ci ildə və 1256-cı ildə Duan Şinqzi sarayda oldu və Mengüyə Yunnanın xəritələrini və təslim olmayan qəbilələrin məğlub edilməsi barədə məsləhətləri təklif etdi. Duan daha sonra monqol ordusuna bələdçilik və öncülük eləmək üçün böyük bir orduya rəhbərlik etdi. 1256-cı ilin sonuna qədər Uryanxaday Yunnanda tamamilə əmin-əmanlıq yaratdı.

Xubilay Tibet keşişlərinin həkimlik bacarıqlarıma heyran idi. 1253-cü ildə o, Sakya məktəbindən Droqn Çöqyl Faqpanı öz məiyyətinin üzvü etdi. Xubilay 1254-cü ildə uyğur Layn Jijini (1231–1280) öz asayiş komissiyasının başçısı etdi. Xubilayın uğurlarına paxıllıq eləyən bəzi məmurlar dedilər ki, o, layiq olmadığı şeyləri əldə edir və Mengünün paytaxtı Qaraqorumla yarışacaq imperatorluq xəyalındadır. 1257-ci ildə Xubilayın məmurlarının təftiş edilməsi üçün Böyük Mengü xan iki vergi müfəttişi — Ələmdarı (Arıq Buğanın yaxın dostu və Şimali Çində hakim) və Liu Taypinqi göndərdi. Müfəttişlər səhv tapdılar, 142 qayda pozuntusunu siyahıya aldılar, çinli məmurları günahlandırdılar və bəzilərini edam etdilər. Xubilayın yeni asayiş komissiyası ləğv edildi. Xubilay onun arvadları ilə elçilər göndərdi və daha sonra şəxsən Mengüyə müraciət etdi. Mengü kiçik qardaşını bağışladı və onunla barışdı.

Daoistlər buddist məbədlərinə yiyələnərək öz var-dövlətlərini və statuslarını əldə etdilər. Mengü daoistlərin buddizmi tənqid etmələrini dayandırmalarını tələb etdi və Xubilaya onun ərazisindəki buddistlər və daoistlər arasında olan mübarizəni dayandırmasını əmr etdi. 1258-ci ilin əvvəllərində Xubilay daoist və buddist liderlər arasında bir müşavirə təşkil etdi. Müşavirədə daoistlərin iddiası rəsmi olaraq təkzib edildi və Xubilay zorla 237 daoist məbədi buddist məbədə çevirdi və daoist mətnlərin nüsxələrini məhv etdi. Xubilay xan və Yuan sülaləsi buddizmi dəstəkləyirdilər, ancaq Cığatay xanlığı, Qızıl Orda və Hülakülər dövləti müxtəlif vaxtlarda İslamı qəbul etdilər; Bərkə xan Xubilayla eyni dövrdə hökm sürmüş tək müsəlman idi (onun varisi İslamı qəbul etmədi).

1258-ci ildə Mengü Xubilaya Şərqi Ordunun komandanlığını verdi və ona Siçuan üzərinə olan hücümu dəstəkləməyi əmr etdi. Xubilay podaqradan əziyyət çəkdiyi üçün ona evdə qalmağa icazə verildi, ancaq o, Mengünü dəstəkləmək üçün hərəkət etdi. 1259-cu ildə Xubilay gəlməzdən əvvəl Mengünün ölməsi xəbəri gəldi. Xubilay qardaşının ölümünü gizli saxlamağa qərar verdi və Yanszı çayı yaxınlığındakı Vuhana hücum etdi. Xubilayın qüvvələri Vuçanqı mühasirəyə alanda Uryanxaday ona qoşuldu. Sun sülaləsinin naziri Cia Sidoa sülh üçün şərtləri təklif etdi. O, Yanszı çayının dövlətlər arasında sərhəd olmasına monqolların razılaşması əvəzində illik xərac olaraq 200 min tael gümüş və 200 min top ipək təklif etdi. Xubilay əvvəlcə təklifi rədd etdi, ancaq sonra Cia Sidao ilə sülh razılaşmasına gəldi.

Hakimiyyətə gəlməsi və vətəndaş müharibəsi thumb|right|200px|1260-cı ildə keçirilən Monqol qurultayında Xubilay xan tərəfdarları tərəfindən Böyük Xan seçilib. Moğol məktəbi

Xubilay arvadından qardaşı Arıq Buğanın ordu toplaması xəbərini aldı və şimala — Monqolustan ovalarına qayıtdı. O, Monqolustana çatmazdan əvvvəl öyrəndi ki, paytaxt Qaraqorumda Arıq Buğa qurultay keçirib və Çingiz xanın nəslindən olan kəslərin bir çoxunun dəstəyi ilə Böyük Xan seçilib. Xubilay və onun dördüncü qardaşı Hülaku xan buna qarşı çıxdılar. Xubilayın çinlilərdən ibarət heyəti onun taxta çıxmasını dəstəklədi və Şimali Çindəki və Mancuriyadakı yüksəkrütbəli şahzadələrin demək olar ki, hamısı onun namizədliyini dəstəklədi. Öz ərazilərinə qayıdandan sonra Xubilay öz qurultayını çağırdı. Baxmayaraq ki iştirakçıların kiçik bir hissəsini Cuçi xanınkılar istisna olmaqla boruciginlərin nümayəndələri təşkil edirdi, ancaq hökmdar ailəsinin az bir hissəsi Xubilayın Böyük Xan tituluna olan iddiasını dəstəklədi. Arıq Buğanın qanuni iddiasına baxmayaraq, 15 aprel 1260-cı ildə qurultay Xubilayı Böyük Xan seçdi.

Bu Xubilay və Arıq Buğa arasında Monqolustan paytaxtının dağılması ilə nəticələnən müharibəyə səbəb oldu. Şensi və Siçuanda Mengünün ordusu Arıq Buğanı dəstəklədi. Layn Jijini Şensi və Siçuana göndərdi. Onlar burada Arıq Buğanın mülki idarəçisi Liu Taypinqi edam etdilər və digər generallar üzərində də qələbə qazandılar. Cənub cəbhəsini qorumaq üçün Xubilay diplomatik həll tapmağa cəhd göstərdi və Hanczouya elçilər göndərdi, ancaq Cia vədini pozdu və onları həbs etdirdi. Xubilay Cığatay xanlığına yeni xan kimi Abişqanı göndərdi. Arıq Buğa Abişqa, iki başqa şahzadə və 100 adamı ələ keçirdi. Çağatayın nəvəsi və Cağatayın ərazisinin xanı olan Alqu xan Arıq Buğanın tərəfində idi. thumb|150px|left|Böyük Xan titulu üçün Xubilayla müharibə etmiş Arıq Buğa Arıq Buğa ilə Xubilay arasında olan ilk silahlı toqquşmada Arıq Buğa məğlub oldu və onun sərkərdəsi Ələmdar döyüşdə öldürüldü. Əvəz çıxmaq üçün Arıq Buğa Abişqanı edam etdi. Ögedey xanın oğlu Kadanın dəstəyi ilə Xubilay Qaraqoruma gedən qida təchizatını kəsdi. Qaraqorum Xubilayın böyük ordusu tərəfindən ələ keçirildi, ancaq Xubilayın gedişindən sonra 1261-ci ildə Arıq Buğa tərəfindən yenidən işğal edildi. Yizu qubernatoru Li Tan 1262-ci ilin fevralında monqol hakimiyyətinə qarşı mübarizəyə başladı. Xubilay öz naziri Çi Tianze və Şi Şuya Li Tana hücum etməyi əmr etdi. İki ordu yalnız bir neçə ayda Li Tanın qiyamını yatırdı və Li Tan edam edildi. Onlar həm də Li Tanın qayınatası Vanq Ventonqu edam etdirdilər.

Arıq Buğanın hakimiyyətə gətirdiyi Cığatay xanı Alqu xan Xubilaya bağlılığını elan etdi və 1262-ci ildə Arıq Buğa tərəfindən göndərilən cəzalandırıcı ekspedisiyanı məğlub etdi. Elxanilər dövlətinin hökmdarı Hülaku xan Xubilayı dəstəklədi və Arıq Buğanı tənqid etdi. 21 avqust 1264-cü ildə Arıq Buğa Şanduda Xubilaya təslim oldu. Qərbi xanlıqların hökmdarları Xubilayın Monqolustanda qələbəsini və hökmdarlığını qəbul etdilər. Xubilay onları yeni qurultaya yığanda Alqu xan etdiklərinin əvəzində Xubilaydan onun qeyri-leqal vəzifəsinin qəbul edilməsini tələb etdi. Hülaku xan və Qızıl Ordu hökmdarı Bərkə xan əvvəl Xubilayın dəvətini qəbul etdilər. Ancaq tezliklə qurultayda iştirak etməkdən imtina etdilər. Xubilay Arıq Buğanın əsas tərəfdarlarını edam etdirsə də, Arıq Buğanı bağışladı. 1266-cı ildə Arıq Buğa həbsdə olarkən öldü, p. 62. və bu da Xubilayın onu zəhərlədiyi haqqda fərziyyələrə səbəb oldu. p. 424.

Hakimiyyəti

Monqolların Böyük Xanı thumb|right|330px|Xubilay xanın ov zamanı çəkilmiş şəkli, Saray rəssamı Liu Quanda.