Qarasubasar mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Tarixi İndiki Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının ərazisində mövcud olmuşdur.
Əhalisi 1821-ci ildə 10 kənddə (Şilyan, Qarabörklü, Birinci Lək, İkinci Lək, Əlvənd, Tilanköyün, Muradxan, Xələc, Zərdab, Çallı) 815 ailə yaşayırdı.
İqtisadiyyatı Qarasubasar mahalının sakinləri əkinçilik və baramaçılıq, pambıqçılıqla məşğul olurdular. Mahalın naibi Rəhim bəy idi.
İstinadlar
Həmçinin bax Şirvan xanlığı
Xarici keçidlər
Kateqoriya:Şirvan xanlığının mahalları