Kunxırt — Azərbaycan Respublikasının Quba rayonunun Güləzi kənd inzibati ərazi dairəsində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir.
Toponimikası Kunxırt oyk., mür. Yan silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi r-nun ərazisindəki Xırt kəndinin aşağısında yerləşdiyi üçün belə adlandırılmışdır. Oykonim tat dilindəki kun (aşağısı, ətəyi) və Xırt (kənd adı) komponentlərindən düzəlib, "Xırt kəndinin aşağısı, ətəyi" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 341 nəfər əhali yaşayır. Əhalisi tatlardır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri