Kor bağırsaq - ; yoğun bağırsağın qalça bağırsağa açılan yerindən aşağı olan hissəsinə deyilir; uzunluğu 6-8 sm və eni 7-7,5 sm olub, sağ qalça çuxurunda, pupart bağından yuxarı, qalça fassiyası üzərində yerləşmişdir. Çox vaxt kor bağırsaq hər tərəfdən periton ilə örtülü olur; ona görə də çox mütəhərrikdir; bəzən arxa səthi periton ilə örtülü olmayıb qarın boşluğunun arxa divarına bitişir. kor bağırsaq içəri tərəfdən uzun, silindirəbənzər və 1,0-1,5 sm diametrində bir çıxıntı gedir, buna soxulcanabənzər artım (çıxıntı) - deyilir. uzunluğu çox müxtəlifdir - 2 sm-dən 20 sm-ə qədər tərəddüd edir, orta hesabla 7-9 sm-ə çatır. Bunun içərisi boşdur və adlanan dəlik vasitəsilə kor bağırsağa açılır. Həmin dəliyin ətrafında selikli qişadan əmələ gəlmiş və aypara əklində bir qapaq - vardır. Kor bağırsaq və soxulcanabənzər çıxıntı birlikdə filogenez və ontogenez cəhətcə vahid üzv qəbul edilməlidir; inkişaf dövründə qeyri-bərabər böyüməsi nəticəsində kor bağırsağın aşağı ucu zəif inkişaf edərək soxulcanabənzər çıxıntıya çevrilir. Yenidöğulmuşlarda kor bağırsaq yavaş- yavaş soxulcanabənzər çıxıntıya krçir, belə ki, onların hüdudu bir o qədər məlum olmur. bəzən belə bir hala yetişmiş şəxslərdə də anomaliya olaraq təsadüf olunur. Soxulcanabənzər çıxıntı hər tərəfdən periton ilə örtülüdür, ona görə onun xüsusi çözü (müsariqəsi) - vardır. Bu çıxıntının vəziyyəti çox müxtəlifdir: enən vəziyyət - 40-45% hallarda təsadüf edilir; bu zaman çanağın hüdudi xəttini çarpazlayaraq, kiçik çanağa sallanır və qadınlarda uşaqlıq borusuna və sağ yumutralığa söykənir. Bayır ya sağ vəziyyət (25%) - kor bağırsağın sağ tərəfində, kor bağırsaqla qarın divarı arasında yerləşir. İçəri ya sol vəziyyət (17-20%) - bu zaman soxulcanabənzər çıxıntı qalça bağırsaqla kor bağırsaq altındakı çuxurda () yerləşir (subsekal vəziyyət) ya qalça bağırsağı öndən ya arxadan çarpazlayır. Qalxan vəziyyət (13%) - belə halda kor bağırsağın arxasında () yerləşir (retrosekal vəziyyət); belə olduqda onun çözü olmur. Qalça bağırsağın kor bağırsağa açılan yerində qalça kor bağırsaq qapağı - vardır. Bu qapaq qıf şəklində olub iki dodaqdan ibarətdir: aşağı dodaq - və yuxarı dodaq - . bunlar selikli qişa büküşlərindən əmələ gəlmişdir; burada həlqəvi əzələ lifləri vardır. Yuxarı və aşağı dodaqlar arasında olan uzunsov dəlik - qalça bağırsağı kor bağırsaqla birləşdirir. dodaqların ucları bir-biri ilə birləşərək, hər tərəfdə birər köndələn büküşə - qlça kor bağırsaq yüyəninə - keçir. Kor bağırsaq dolduqda həmin yüyənlər gərginləşir və dodaqlar bir-birinə yaxınlaşaraq qapağın dəliyini örtür; beləliklə kor bağırsağa keçən qida qalığı geriyə qayıtmır. Qalça bağırsağın kor bağırsağa keçən yeri Monroy xəttinin (göbək ilə qalça sümüyünün ön yuxarı tinini birləşdirən xəttin) ortasında yerləşmişdir; bu yerə cərrahlıqda Mark-Burney nöqtəsi deyilir. Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie
Xarici keçidlər Photo at mgccc.cc.ms.us Video clip of worms in the Cecum
Kateqoriya:Anatomiya Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Həzm sistemi Kateqoriya:Latın dilində sözlər və ifadələr