Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (; ) — AzərbaycanПолемизируя с М. Кулиевым, Узеир Гаджибеков в статье "Музыкальное образование в Азербайджане" писал, что "кроме европейской музыки есть и восточная музыка. Мы, азербайджанцы, принадлежим к восточным народам, и поэтому мы не можем относиться безразлично к культуре Востока, ибо без неё мы не сможем достаточно выполнить свой долг в деле создания музыкальной культуры.Среди последних получили профессиональное образование в лучших традициях русской композиторской школы украинцы Виктор Косенко и Михаил Скорульский, литовцы Стаси с Шимкус и Юозас Таллат-Келпша, эстонцы Кириллус Креэк и Хейно Эллер, латыши Алфред Калнынь и Янис Залит, армяне Романос Меликян и Сергей Бархударян, азербайджанец Узеир Гаджибеков и другие.The third category of plays consists of musicals and operettas, almost exclusively works by the famous Azerbaijani composer and playwright Uzeyir Hajibeyov (in Persian transliteration Ozeyr Hajji Beygof, 1885–1948). bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938).

Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948), 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). 1938-ci ildən Sov.İKP-nin üzvü. Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.

Bəstəkar eyni zamanda Azərbaycanda və xaricdə bir çox tanınmış bəstəkar və musiqiçilərin pedaqoqu və müəllimi kimi də tanınır. Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova və s. maestronun tələbələrindən idilər.

Həyatı 269x269px|thumb|left|Üzeyir Hacıbəyov atası ilə, Şuşa, 1890-cı il

Üzeyir Hacıbəyov tarixində (BSE-yə əsasən, 17 sentyabrda) Ağcabədidə anadan olmuşdur.И не случайно, день рождения Узеира Гаджибекова — 18 сентября — общественность республики отмечает как праздник искусств — День музыки.Уже много лет, 18 сентября, в день рождения Узеира Гаджибекова перед Азербайджанской государственной консерваторией, носящей его имя, собирается многотысячная аудитория.. Atası Əbdülhüseyn bəy, anası Şirinbəyim xanımdır. Bir neçə il sonra (Azərbaycan mətninə görə 1896-cı ildə; rus mətninə görə isə 1897-ci ildə) şiə məzhəbinin Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi şəhadətnamə buraxdı ki, "Şuşa şəhərinin sakini" Üzeyir Hacıbəyov müsəlman təqvimi ilə 1302-ci il zilhiccə ayının 7-ci günündə (5 sentyabr 1885-ci il) anadan olub, lakin Ü. Hacıbəyov bu sənədi yalnız 1914-cü ildə Bakıda aldı.

Atası Əbdülhüseyin Hacıbəyov kənd mirzəsi idi, anası Şirinbəyim xanım Əliverdibəyovlar nəslindən gəlirdi. Üzeyirin qardaşı Ceyhun bəy Hacıbəyli karyerasının ilk dövründə Dağıstanlı əcdadlarının şərəfinə "Dj. Dağıstani" təxəllüsü ilə imza atırdı. . Ümumilikdə ailədə üç qardaş və iki bacı var idi.

Doğulduqdan qısa müddət sonra Hacıbəyovlar ailəsi Azərbaycan mədəniyyətinin ən böyük mərkəzlərindən biri olan Şuşa şəhərinə köçdü və Üzeyir məhz burada böyümüşdür. Gələcək bəstəkarın atası uzun müddət məşhur Azərbaycan şairəsi, ictimai xadim və Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şəxsi katibi idi, hansı ki bəstəkarın tərbiyəsinə böyük təsiri olmuşdur. Üzeyirin anası Şirin Əliverdibəyova şairənin evində böyümüşdür, bəstəkarın babası və Natəvan isə süd bacı-qardaşı idilər.

Natəvanla tanışlıq gənc Üzeyir üçün ən yaxşı musiqi icmaları, Şuşanın məclislərinə yol açdı. Gənc yaşlarında muğam ifaçılığı dərsləri almış və Azərbaycan xalq musiqi alətlərində çalmağı öyrənmişdir. Əbdürrəhim bəy Haqverdiyev və Cabbar Qaryağdıoğlunun 1897-ci ilə aid "Leylinin qəbri üzərində Məcnun" ("Leyli və Məcnun" sevgi dastanından bir epizod) adlı teatr əsərində 13 yaşlı Üzeyir qoşma xorda oxuyurdu.

Mədrəsə təhsilini və ikiillik rus-tatar məktəbini bitirdikdən sonra, 1899–1904-cü illərdə Qori şəhərindəki müəllimlər seminariyasında oxudu. Məhz orada o, skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına yiyələndi. bundan başqa gələcək bəstəkar Müslüm Maqomayevlə (müğənni Müslüm Maqomayevin babası) tanış oldu. Növbəti dörd il ərzində Hadrut və Bakı məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul oldu. Mətbuatda ilk məqaləsi 1904-cü ildə Kaspi qəzetində çap olunub. 1905-ci ildə Bakıda ilk növbədə Bibi-Heybət məktəbində, daha sonra "Səadət" məktəbində dərs demişdir və orada Azərbaycan dili, riyaziyyat, coğrafiya, tarix və eyni zamanda rus dilini öyrədirdi.Ч. Каджар. Старая Шуша. 2007, Изд-во Шарг-Гарб., стр 326 Elə o vaxtı Həyat qəzetində tərcüməçi olaraq işə başladı, sonra İrşad qəzeti ilə əməkdaşlıq etdi. 1911-ci ildə sistematik musiqi təhsili almaq məqsədilə Moskvaya yola düşdü. Bir il ərzində Moskva Filarmoniya Cəmiyyəti yanında musiqi kurslarında Aleksey İlyinskidən dərs alırdı (solfecionu Nikolay Laduxin, harmoniyanı Nikolay Sokolovski keçirdi),Ч. Каджар. Старая Шуша. 2007, Изд-во Шарг-Гарб., стр 327 ondan sonra Sankt-Peterburqa köçdü və orada konservatoriyada bir il oxudu (müəllimi Vasili Kalafati olmuşdur). Dostu Müslüm Maqomayev Hacıbəyovun maddi dəstəyini tamamilə öz üzərinə götürmüşdür. 1912-ci ildə Jeleznovodskda olarkən Hacıbəyov M. Maqomayevə yazırdı: ƏZİZ MÜSLÜM

Biz artıq 21 iyundan Jeleznovodskdayıq. Malikə müalicə olunmağa başlayır, mən isə fortepiano öyrənməyə başladım. Mən burada həftədə 3 dərs deyən və hər gün pianodan istifadə etməyə icazə verən müəllim tapdım, ayda cəmi 15 rubla.

Hələ Bakıda olarkən Malikə və mən Şuşaya getmək və orada tamaşalar vermək qərarına gəldik; Notların bir hissəsinin Sizin mənzilinizdə olduğunu bildiyimizdən, Məlikə ilə Sizin mənzilinizə getdik və notları götürdük; lakin Şuşa işi baş tutmadı, notlar Camaldadır. Bizimkilər Maştağı bağlarına köçdülər. Bakıya gedəndə yaz. Mən də Moskvaya yola düşməmişdən əvvəl yazacam. Makkinin səhhəti barədə xəbər ver, orada yaşayışınız necədir? Burada çox da darıxmırıq, bəzən qrup halında gəzirik. Məlikə və məndən Badyuşa, anaya, Camul, Makka və bütün dostlarınıza salamlarımı göndər.

Sənin Üzeyirin. 3 iyul 1912-ci il. Jeleznovodsk. İnjenernı döngəsi, daça № 9.

1914–1918-ci illərdə "Yeni iqbal" qəzetinin redaktoru, sonra sahibi oldu, daha sonra "Azərbaycan" qəzetinin redaktoru olmuşdur. 1918-ci ilin iyunundan sentyabr ayınadək Azərbaycan opera sənətçilərinin İranın Ənzəli və Rəşt şəhərlərinə qastrol səfərini idarə edirdi. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti quruldu. Elə həmin il bəstəkar Azərbaycan SSR Xalq Maarifləndirmə Komissarlığına musiqi akademiyası və milli konservatoriya açmağın zəruriliyi, habelə keçmiş musiqi məktəblərinin binalarının onlara verilməsi barədə hesabat təqdim etdi. Sonrakı illərdə (1922–1926 və 1939–1941) onun təşəbbüsü ilə yaradılan Azərbaycan Türk Musiqi Məktəbinə (indiki Asəf Zeynallı adına Bakı Musiqi Kolleci) rəhbərlik etmişdir. 1925-ci ildə Bakı İşçi Xalq Deputatları Sovetinin deputatı seçildi, növbəti ildə isə Azərbaycan Konservatoriyasının prorektoru oldu.

1931-ci ildə xalq çalğı alətləri orkestrini, 1936-cı ildə isə dövlət xorunu təşkil etdi. 7 may 1938-ci ildə Üzeyir bəy partiyaya qəbul üçün müraciət etdi və Sov. İKP MK onun xidmətlərini və Azərbaycan SSR KP MK-nın vəsatətini nəzərə alaraq, istisna hal kimi namizədlik təcrübəsi keçmədən onu partiya sıralarına qəbul etdi. 1938-ci ildə Hacıbəyov "Lenin" ordeni ilə təltif edildi və SSRİ xalq artisti adına layiq görüldü. Bir il sonra bəstəkar Azərbaycan Konservatoriyasının rektoru təyin edildi və həmin 1939-cu ildə SSRİ Bəstəkarlar İttifaqının 1-ci qurultayının təşkilat komitəsinin üzvü seçildi. Ömrünün son 10 ilində Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik etmişdir. 1943-cü ildə tank kolonunun inşası üçün öz cibindən 25.000 rubl bağışladı.

1945-ci ilin sentyabrında Hacıbəyov Azərbaycan SSR EA İncəsənət İnstitutunun direktoru təyin edildi.

1945-ci ildə qurulduğu gündən Azərbaycan SSR Elmlər Akademiyasının daimi üzvü və iki çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur (1937, 1941).

1904-cü ildən 1920-ci ilə qədər mətbuatda 600-ə qədər müxtəlif məzmunlu məqalələr yazsa da sovet işğalından sonra vəfat edənə qədər cəmi 30 məqalə yazıb. Bu məqalələrin də əksəriyyəti musiqi ilə bağlı olub.

1947-ci ildə şəkərli diabetdən əziyyət çəkən Üzeyir Hacıbəyovun vəziyyəti ağırlaşdı və səhv təyin olunmuş müalicə səbəbindən daha da mürəkkəbləşdi. Moskva şəhərinin Kremlin xəstəxanasında müalicə almağa başladı, daha sonra Mərdəkandakı dövlət sanatoriyasına köçürüldü. 1948-ci il noyabrın 23-də, gecə saat 2 radələrində bəstəkar Bakıda, "Monolit" binasının dördüncü mərtəbəsindəki mənzilində ürək çatışmazlığından vəfat etdi. Bakıda Birinci Fəxri Xiyabanda dəfn olundu.

Ailəsi thumb|Şirinbəyim xanım Hacıbəyova-Əliverdibəyova left|thumb|304x304px|Üzeyir bəy və Məleykə xanım Hacıbəyovlar Anası Şirinbəyim xanım Hacıbəyova-Əliverdibəyova — 1853-cü ildə mülkədar ailəsində doğulmuşdur. Ailədə 12 uşaq var idi: dörd qardaş, səkkiz bacı. Oğlanların hamısı mükəmməl təhsil, qızlar isə ev təhsili almışdılar. Şirinbəyim xanım ədəbiyyatı çox sevir, şerlər oxuyur, Füzulinin əsərlərini əzbər bilirdi. 1870-ci ildə Əbdülhüseynə ərə getmiş, beş uşağı olmuşdur: Sayad, Əbuhəyat, Zülfüqar, Üzeyir, Ceyhun. Ömrünün son illərini Bakıda, oğlu Üzeyirin evində keçirmişdir. 1939-cu ildə vəfat etmişdir. Atası Mirzə Əbdülhüseyn bəy Hacıbəyov 1840-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Mirzə Əbdülhüseyn bəy Hacıbəyov 1901-ci ildə vəfat edib. Dayısı Qara bəy Əliverdilər — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Xanımı Məleykə Terequlova-Hacıbəyli — Hənəfi Terequlovun bacısı Məleykə Hacıbəyli Tiflisdə Qızlar Gimnaziyasında oxumuş, pedaqoji fəaliyyət göstərmişdir. Üzeyir bəylə Məleykə xanım 1909-cu il dekabrın 20-də ailə həyatı qurnuşdur, amma cütlük övlad sahibi ola bilmir. Üzeyir Hacıbəyov həyat yoldaşı Məleykə xanıma konservatoriyaya daxil olmaqda da yardımçı olub. Məleykə xanım yoldaşına başqa qadınla evlənib övlad sahibi olmağı da təklif edib, lakin təklif bəstəkar tərəfindən qəbul edilməyib. Üzeyir bəy Hacıbəyovla ailə qurduqdan sonra Bakıya köçmüşdür. O, Bakda da pedaqoji fəaliyyətini davam etdirmiş, Azərbaycanda konservatoriya təşkil olunandan sonra Üzeyir bəyin məsləhəti ilə həmin ali məktəbə daxil olmuşdur. 6 il Bakıda kirayə yaşayan cütlük sonradan 1915-ci ildə hazırda ev muzey kimi fəaliyyət göstərən mənzilə köçürlər. Məleykə xanım Terequlova milliyətcə tatar idi. Məleykə xanım Üzeyir Hacıbəyovun ölümündən sonra (1948) "Arşın mal alan" musiqili komediyasının klavirinin Bakıda, "Koroğlu" operasının klavirinin isə Moskvada nəşr olunub işıq üzü görməsində böyük əməyi və xidməti olmuşdur. Məleykə Hacıbəyli 1966-cı ildə vəfat etmişdir. Üzeyir bəyin məzarının sol tərəfində həyat yoldaşı Məleykə xanımın məzarı yerləşir. Ali təhsil aldıqdan sonra Hacıbəyov Bakıda həyat yoldaşı və anası ilə birlikdə yaşadı, eyni zamanda bacısının beş uşağına baxırdı; onun öz övladları yox idi. Baldızı Badigülcamal Terequlova — Müslüm Maqomayevin həyat yoldaşı idi. Qardaşı Ceyhun bəy Hacıbəyli — Fransaya mühacirət etmişdir. Qardaşlar bir-biri ilə əlaqəni bacıları və digər qohumları vasitəsilə saxlayırdılar. "Koroğlu" operasının səhnələşdirməzdən öncə bəstəkarın həbs olunması və mümkün repressiyalar altına düşmək kimi davamlı təhlükələr qalırdı, lakin "Koroğlu" 1938-ci ildə SSRİ-nin paytaxtında təntənəli şəkildə səhnələşdirildikdən sonra müəllif SSRİ Xalq artisti adına və "Lenin" ordeninə layiq görüldü və SSRİ Ali Sovetinin deputatı seçildi.

Bakıda ünvanları 1908 — "İslamiyə" hotelinin 31-ci otağı (hazırda Azərbaycan prospektindəki 9 nömrəli ev) 1915–1942 — Verxnyaya Priyutskaya küçəsindəki ev (ev muzeyinin yerləşdiyi indiki Ş. Əzizbəyov 67 küçəsi) 1942–1948 — Nizami meydanında "Monolit" evi

İdeoloji mövqeyi