Mirzəhüseyn Quliyev (1 yanvar 1900, Bakı, Bülbülə k. - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Həyatı Mirzəhüseyn Hənifə oğlu Quliyev 1900-cü il yanvarın 1-də Bülbülə kəndində anadan olub.

1919-cu ildə Bakı kişi gimnaziyasını bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən kimya sahəsində təhsilini davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Həmçinin bax Cümhuriyyət tələbələri

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Bülbülədə doğulanlar