() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 2–3 (4) m-ə qədər olan hündür kol və ya kiçik ağacdır. Budaqları dəyirmi, hamardır. Yarpaqları iri, çılpaq, uzunluğu (6) 8–12 (20) sm, eni (2) 4–6 sm-dir, uzunsov-ellipsvari və ya uzunsov-əksinəyumurta-şəkillidir, sivriləşmişdir, qaidə hissəsində dəyirmi və yaxud az pazvaridir, kənarları qeyri-müəyyən az mişarvari və yaxud tam-kənarlıdır. Saplağı qısa olub, uzunluğu 5-22 mm-dir. Çiçək qrupu qalxanaoxşardır, çiçəklərinin sayı (5) 7–21 ədəd olub, uzun, nazik, meyvə verən ərəfədə əyilən çiçək saplağı üzərindədir. Ləçəkləri 5 ədəd, (nadir hallarda 4) tutqun yaşıl rəngdədir, ellipsvari və ya uzunsovdairəvi formada olub, uzunluğu 3-3,5 mm-dir, kasacığın dilimlərindən iki dəfə uzundur. Qutucuqmeyvə beşqanadlıdır, hamardır, asılmış haldadır, yetişəndə qızarmış rəndə olur və kənarlardan basıq 4 (5) bölümlüdür; qanadlarının uzunluğu 4-7 mm-dir və meyvənin enindən böyük deyildir. Toxumları uzunsov-yumurtaşəkilli, tamamilə parlaq-narıncı örtüklə örtülmüşdür. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəz, KQ cənub, Nax. dağ., Lənk. dağ., Orta dağ qurşağından yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti Kölgəli və kəsilmiş meşələrdə, xırda ağaclı meşələrdə qrup halında rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Kauçukverən bitkidir. Dekorativ əhəmiyyəti vardır. Oduncağı müxtəlif xırda məmulatlarının hazırlanmasında istifadə olunur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə florası Kateqoriya:Livan florası Kateqoriya:İran florası Kateqoriya:Avstriya florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dekorativ bitkilər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Fransa florası Kateqoriya:Almaniya florası Kateqoriya:Mərakeş florası Kateqoriya:Əlcəzair florası