Qalxanabənzər ətraf vəziləri – qalxanabənzər vəzin yan paylarının arxasında yerləşir, çox vaxt iki cüt olur; bir cüt yuxarı qalxanabənzər ətraf vəziləri – və bir cüt aşağı qalxanabənzər ətraf vəziləri – ; bəzən anomaliya olaraq birədək azalır və ya 8-dək çoxalır; rəngi sarımtıl və kərpici, hər birinin çəkisi 0,05-0,09 q, uzunluğu 4–8 mm, eni 3–4 mm və qalınlığı 2–3 mm, konsinstensiyası qalxanabənzər vəzidən bir az sərt olur. Yuxarı vəzilər qalxanabənzər vəzinin yan paylarının arxa və içəri tərəfində, aşağı vəzilər qalxanabənzər vəzinin yan paylarının aşağı üçdə bir hissəsində yerləşmişdir, beləliklə yuxarı vəzilər aşağı vəzilərdən orta xəttə yaxın olur. Bunlar qalxanabənzər vəzidən yumuşaq toxuma vasitəsilə ayrılmışlar. Quruluşu Qalxanabənzər ətraf vəziləri xaricdən birləşdirici toxuma kapsulu ilə örtülüdür. və özü də xüsusi arakəsmələr vasitəsilə bir çox paycıqlara bölünmüşdür. Bunların parenximi epitel hüceyrələrdən təşkil olunmuş və epitel cisimcikləri adlanan atmalardan ibarətdir. İnkişafı, anomaliyaları və yaş xüsusiyyətləri Qalxanabənzər ətraf vəziləri genez cəhətcə bronxiogen vəzilərdən olub 3-cü və 4-cü udlaq ciblərinin epitelindən inkişaf edir. Bunların inkişaf mexanizmi vəzilərin inkişafı kimidir. Qalxanabənzər ətraf vəzilərinin anomaliyalarından miqdarının azalıb və çoxalması təsadüf edilir. Uşaqlarda qalxanabənzər ətraf vəziləri şəffaf və rəngləri çəhrayı olur, yaşa dolduqca onların rəngi tündləşir. Vaskulyarizasiya və innervasiyası Qalxanabənzər ətraf vəziləri aşağı və yuxarı qalxanabənzər arteriyalarından çıxan şaxələr () ilə qidalanır. Venoz qan aşağı və yuxarı qalxanabənzər venalara toplanır. Bu vəzilər qalxanabənzər vəzini innervasiya edən sinirlərlə təchiz olunur.

Vəzifəsi Bu vəzilərin funksiyası tamamilə müəyyənləşdirilməmişdir, ancaq onun hormonu (parathormon) bədəndə kalsium mübadiləsini tənzim edir. Vəziləri bədəndən çıxardıqda hissi və hərəki sinirlərin həssaslığı olduqca artır. Əvvəlcə əzələ titrəməsi, sonra qıclıq və axırda tetanusa oxşar əlamətlər nəticəsində insan tələf olur. Beləliklə qalxanabənzər ətraf vəziləri kalsium mübadiləsini tənzim edərək onun müəyyən qismini bədəndə saxlayır, ona görə bu vəziləri çıxardıqda bədəndəki kalsiumun miqdarı azalır və nəticədə sinir-əzələ aparatının qıcıqlanma qabiliyyəti artır; çünki kalsium, ümumiyyətlə, sinir sisteminə təsir edərək onun həssaslığını zəiflədir.

İstinadlar

Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie Xarici keçidlər Parathyroid disease and treatments discussed in layman's terms at Parathyroid.com Parathyroid Surgery and minimal access parathyroid surgery by a UK surgeon Minimally Invasive Advanced Parathyroid Surgery at the New York Center for Advanced Parathyroid Surgery Endocrine Web at endocrineweb.com The origin of the parathyroid gland at pnas.org Həmçinin bax Qalxanabənzər vəzi

Kateqoriya:Anatomiya Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Daxili sekresiya vəziləri Kateqoriya:Endokrinologiya