Aleksandrov — Rusiya Federasiyasının Vladimir vilayətində şəhər. Radio və araq-likör zavodları, toxuculuq, tikiş fabrikləri, ət kombinatı və s. var. Aleksandrov XIV əsrdən məlumdur. 1564–1572 illərlə çar İvan Qroznının iqamətgahı olmuşdur. Aleksandrovun memarlıq abidələrindən Troitsa (1513), Pokrov (XVI əsrin ortaları), Uspeniye (XVI əsrin birinci rübü) və s. kilsələr mühafizə olunmuşdur. XVII əsrdə car malikanəsinin yerində Uspeniye monastırı salınmış, qala divarları (1670–1680) tikilmişdir. Aleksandrovda həmçinin, ölkəşünaslıq muzeyi var.

İstinadlar

Əlavə ədəbiyyat . — С. 16—17.

Xarici keçidlər

Официальный сайт Администрации города Александрова Официальный сайт Александровского района Александровская слобода, сайт музея-заповедника Музей-заповедник «Александровская Слобода» Государственный историко-архитектурный и художественный музей-заповедник «Александровская Слобода»

Kateqoriya:Vladimir vilayətinin şəhərləri Kateqoriya:Keçmiş paytaxtlar Kateqoriya:XIV əsrdə yaranan yaşayış məntəqələri