Rzaqulu İsmayıl oğlu Həsənov () — azərbaycanlı mühəndis, Cümhuriyyət tələbəsi, repressiya qurbanı.
Həyatı Rzaqulu Həsənov 8 mart 1895-ci ildə Quba qəzasının Şıxhəzi kəndində anadan olmuşdur.
1912-ci ildən Bakı Orta Mexanika-İnşaat-Texniki Məktəbinin yuxarı hazırlıq siniflərinə daxil olmuş, 2 may 1917-ci ildə məktəbin pedaqoji şurasının verdiyi attestata görə mexanika bölməsi (özəlliklə neft sənayesi işi) üzrə elmlərin tam kursunu bitirmiş və texnik rütbəsi almışdır.
Ali təhsil almaq məqsədilə Moskva Ali Mühəndis Məktəbinə daxil olmuşdur.
Lakin 1917-ci ilin fevralından sonra Rusiyada yaranmış siyasi qarışıqlıq və qeyri-xristianlara qarşı təzyiqlər səbəbindən Bakıya dönmüşdür.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Frayberq Universitetinə (Almaniya) göndərilmişdi. 17 aprel 1920-ci ildə 533 nömrəli aktla Frayberq Dağ-Mədən Ali Məktəbinə qəbul edilmişdir. Təhsilini burada 19 dekabr 1924-cü ildə başa vuraraq Dağ mühəndisi diplomunu əldə etmişdir. 1925-ci ildə Azərbaycana qayıtmışdır.
"Neftçala" trestində mədən rəisi işləyib. 23 avqust 1937-ci ildə 5 il iş alaraq həbs edilib.
Rəsmi sənədlərdə göstərilir ki, “Dalstroy” islah əmək düşərgəsində cəza çəkərkən 30 yanvar 1939-cu ildə Vladivostokda vəfat etmişdir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri