Məzmun Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur.
Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir.
Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır
Film haqqında Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Mais Ağabəyov Bəstəkar: Polad Bülbüloğlu Mahnıların mətni: Fikrət Qoca (Az. var.), Y. Ryaşentsev (Rus var.) Səs operatoru: Kamal Seyidov Montaj edən: Tahirə Babayeva Rejissor: Fikrət Əliyev, Adil İsmayılov Operator: Ələsgər Ələkbərov (II) Rejissor assistenti: X. Şirinov, E. Rəsulova Operator assistenti: S. Kaşiyev Rəssam assistenti: A. Stepanova, P. Məlikov Qrim rəssamı: N. Matveyeva İşıq ustası: M. Rəhmanov Ansamblın rəhbəri: Teymur Mirzəyev Redaktor: Nadejda İsmayılova Filmin direktoru: Rimma Abdullayeva Filmin direktor müavini: Nadir Əliyev
Rollarda Həsənağa Turabov — Murad Lyubov Virolaynen — Lena Yevgeni Kindinov — Ramiz Valentina Aslanova — Solmaz Hamlet Qurbanov — Məmmədov Fazil Salayev — çilingər Almaz Əsgərova — Lalə Elxan Qasımov — qədeş Eldar Əzimov
Filmi səsləndirənlər Əminə Yusifqızı — Lena (Lyubov Virolaynen) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Ramiz (Yevgeni Kindinov) (titrlərdə yoxdur) Amaliya Pənahova — Lalə (Almaz Əsgərova) (titrlərdə yoxdur) Əliabbas Qədirov — qədeş (Elxan Qasımov) (titrlərdə yoxdur) Ofeliya Sənani — Solmaz (Valentina Aslanova) (titrlərdə yoxdur) Həsən Əbluc — Məmmədov (Hamlet Qurbanov) (titrlərdə yoxdur)
Mənbə Журнал "Советский экран", 1977, № 9. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222; 287. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 183; 185–186; 220.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid Filmi izlə
Kateqoriya:1976-cı ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Eldar Quliyevin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər