() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Yarpaqları saplaqlıdır, görünüşünə görə enli-üçbucaqlı, üçqat-dördqat-lələkvaridir, böyük qismi dəyirmi yumurtaşəkilli və ya əksinəyumurtaşəkilli, qaidə hissəsi pazşəkilli və ya dəyirmiləşmiş yarpaqcıqlı, təpə hissədə 2–3 ədəd dişli bölümləri olan üçbölümlü və ya üçdişlidir, alt tərəfdən nəzərə çarpan damar şəbəkəsi vardır. May ayında çiçəkləyir. Çiçək qrupu qollu-budaqlı, çoxçiçəkli, piramidaşəkilli süpürgədir. Çiçəkləri adətən aşağı əyiləndir. Çiçəkyanlığı yarpaqcıqları yaşılımtıl-qonur və ya qırmızımtıl rəngdədir. May-iyul aylarında meyvə verir. Meyvələri 4 mm uzunluqdadır, yumurtaşəkilli-elliptikdir, qabırğalıdır.

Yayılması Azərbaycanın bütün rayonlarında. Ovalıqdan yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti Kolluqlarda, meşə kənarında, kəsilmiş meşələrdə, otlu yamaclarda, çay vadilərində rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Zəhərli bitkidir. Boyaq məqsədilə istifadə oluna bilər. Xalq təbabətində dərman məqsədilə istifadə olunur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları