Natali Portman (; ) — israilli ABŞ aktrisası. 1994-cü ildə "Leon" filmində ilk rolunu alıb, lakin ona dünya şöhrətini Star Wars prequel trilogy filmində oynadığı Padme Amidala obrazı gətirib.

Həyatı Məşhur Amerika aktrisası Natali Portman 1981-ci il iyun ayının 9-da"Təqvim-iyun". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 14. Qüdsdə, Avner Herşlaq və Şelli Stivensin ailəsində anadan olub. Atası ixtisasca endokrinoloqdur, hazırda qızına agentlik edən anası isə evdar qadın idi. Aktrisanın ana tərəfi Rusiya və Avstriyadan, ata tərəfi isə Rumıniya və Polşadan gəlmiş yəhudilərdir. Səhnə ləqəbi olan "Portman" Natalinin ana nənəsinin qızlıq soyadıdır. Aktrisanın 3 yaşı olanda ailəsi İsraildən Amerikaya köçüb. Əvvəlcə Vaşinqtonda yaşayan ailə 1988-ci ildə Konnektikuta yerləşir, 1999-cu ildə isə Nyu-York ştatının Lonq-Aylend şəhərində məskunlaşır. Ona doğma olan ivrit və ingilis dillərindən başqa, fransız, alman, yapon və ərəb dillərini öyrənir. Şəxsi həyatında Portman 2009-cu ildə Black Swan filminin çəkilişləri zamanı fransız balet artisti Benjamin Millepied ilə tanış olub. Cütlük 2012-ci ildə evlənib və iki övladı var.

Karyerası Aktrisa 1994-cü ildə rejissor Lük Bessonun Leon filmində Mathilda obrazını canlandıraraq kino debütünü edib. Bu rol onun erkən yaşda tanınmasına səbəb olub. 1995-ci ildə "Yaxınlıq" (2004) filmlərindən sonra məşhurlaşıb. 2009-cu ildə çəkilməsi nəzərdə tutulan "Qardaşlar" hərbi dramında Ceyk Cillenhal, Tobi Maquayr və Natali baş rolları ifa edəcəklər. Uşaqlıqdan vegetarian olan Portman heyvanların və ətraf mühitin hüquqlarını qoruyur. O, ət məhsulları ilə qidalanmır, xəz, lələk və dəridən olan geyimlərdən istifadə etmir. 2007-ci ildə Natali süni materiallardan hazırlanan ayaqqabı istehsalına başlayaraq öz biznesini qurur. Portmanın aktyorlar Qael Qarsiya Bernal və Ceyk Cillenhalla romantik münasibəti olub. Natalinin multimilyarderlər Net Rotşildlə görüşdüyü ehtimal edilir. Aktrisa "Carmensita" klipinə çəkiləndən sonra, Venesuelanın folklor-müğənnisi Devendra Banhart ilə görüşməyə başlayıb.

Filmoqrafiya

Filmlər Leon (film, 1994) / Léon Soyuq dağ (film, 2003) / Cold Mountain Bağ ştatı (film, 2004) / Garden State V — Vendetta deməkdir (film, 2006) / V for Vendetta Paris, mən səni sevirəm (film, 2006) / Paris, je t'aime Qara qu quşu (film, 2010) / Black Swan Məhv olma (film) / Annihilation

Rejissor kimi Eve (2008) — qısametrajlı film A Tale of Love and Darkness (2015) — rejissor, ssenarist və baş rol

İstinadlar

Xarici keçidlər Rəsmi sayt

Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:Ən yaxşı qadın roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ feministləri Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:Polşa-yəhudi əsilli İsrail şəxsləri Kateqoriya:Uşaq aktyorlar