() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 4-ü dərman bitkisidir. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 4-ü dərman bitkisidir.

Botaniki təsviri Hündürlüyü 100 sm və daha çox olan ikiillik, çılpaq ot bitkisidir. Yarpaqları ardıcıl, saplaqlı, üçqatlıdır. Çox xırda, açıq sarı rəngli çiçəkləri sıx salxım şəklində birləşmişlər. Qurudulmuş xammalda yarpaqlar yaşıl, çiçəklər isə sarıdır. Özünəməxsus güclü iyi yeni qurudulmuş otun iyini xatırladır. May-iyun aylarında çiçəkləyərək iyun-avqust aylarında meyvə verir.

Mənşəyi və yayılması Dərman xəşənbülü boreal coğrafi tipinin palearktik sinfinin qərbi-palearktik qrupuna aiddir. Orta və Atlantik Avropa, Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Tibet, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Dərman xəşənbülü Azərbaycanın bütün botaniki-coğrafi rayonlarında arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.

Ekoloji qrup və bitdiyi yerlər Kseromezofitdir, meşə-çəmən və alaq bitkilik tiplərində rast gəlir. Əsasən çəmənlərdə, meşələrdə, kolluqlarda, yol kənarlarında və əkinlərdə qruplar, bəzən zolaqlar əmələ gətirir.

Kimyəvi tərkibi Dərman xəşənbülünün tərkibində kumarin, fenolkarbon turşuları və piyli yağlar vardır.

Təsiri və tətbiqi Dərman xəşənbülü farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental, Çin və xalq təbabətində, eləcə də homeopatiya, farmakologiya və baytarlıqda geniş tətbiq edilir. Əsasən əsəb-sinir, bronxit, bronxial astma, ürək-damar, qara və ağciyər, sidik və öd kisəsi daşları, qadın xəstəlikləri və digər hallarda istifadə olunur. Antivirus, antibakterial, antioksidant, sidikqovucu, bəlğəmgətirici, yumşaldıcı, büzüşdürücü, işlədici, hipotenziv, şişlərə və iltihab proseslərinə qarşı təsirə malikdir.

Əkstəsirləri Hamiləlik dövründə və böyrək xəstəlikləri zamanı istifadə etmək olmaz. Zəhərlidir, uzun müddət istifadə etdikdə və dozası artıq olduqda yuxu gətirir, baş ağrısı, ürəkbulanma və damaqlarda qanaxma verir. Bitki qarışıqlarında isifadəsi məsləhətdir.

İstifadə olunan hissələri Müalıcə məqsədi ilə bitkinin yerüstü hissələri, yarpaqları və toxumları istifadə edilir.

İstifadə formaları Dəmləmə, cövhər, mazlar, plastırlar, kompreslər, vannalar və təpitmələr.

Digər faydalı xüsusiyyətləri və istifadəsi Yeməlidir, Qafqazda köklər çiy və bişmiş halda tərəvəz, yarpaqlar isə ədviyyə kimi qidalara əlavə olunur. Aromatizator kimi ət-süd, balıq və tütün sənayesində, eləcə də alkoqolsuz içkilərin hazırlanmasında istifadə olunur. Bal və çiçək tozu verən, boyaq və yem bitkisidir. Güvəyə qarşı istifadə oluna bilər.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avropa florası Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Qazaxıstan florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Paxlakimilər (yarımfəsilə)