Yuxarı Seyidlər — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. 14 iyul 1998-ci il tarixli 524-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Zərdab rayonunun Yuxarı Seydlər kəndi Bıçaqçı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Seyidlər kənd inzibati ərazi vahidi yaradılmışdır.

Tarix Yuxarı Seyidlər kəndinin ərazisində Seyid Şahmərdan adlı ziyarətgah mövcuddur. Tarixi mənbələrdə Azərbaycanda yayılmış Seyidlər adlanan yaşayış məntəqələrinin ilk sakinlərinin Cənubi Azərbaycandan türkləşmiş halda gələn seyidlər olduğu iddia olunur.

Coğrafiyası Yuxarı Seyidlər kəndi Zərdab şəhərindən 33 kilometr şimal-qərbdə, Kür çayının yuxarı axarında yerləşir. Ərazisi 1767,45 hektardır.

Əhalisi Əhalisi 810 nəfərdir.

İqtisadiyyatı Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, bostançılıq, balıqçılıq və s. ilə məşğul olur.

Mədəniyyət Kənddə kitabxana, klub, poçt şöbəsi, mədəniyyət evi fəaliyyət göstərir.

Təhsil Kənddə orta məktəb fəaliyyət göstərir.

Din Kənddə məscid mövcuddur.

Səhiyyə Kənddə tibb məntəqəsi mövcuddur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Zərdab rayonunun kəndləri