Fərid Güloğlan oğlu Əhmədov () — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, "İgidliyə görə" medalı ilə təltif edilib (ölümündən sonra).

Həyatı Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007–2008-ci illərdə Təlim–Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008–2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.. thumb|290x290px|Şəhid Mübariz İbrahimov və Şəhid Fərid Əhmədovun dəfni, 2010-cu il.

Təltif və mükafatları 2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.

Xatirəsi 2014-cü ilin yanvar ayında şəhid Fərid Əhmədovun ömür yoluna həsr olunmuş "Hay ver mənə, leytenant" filminin təqdimat mərasimi keçirilib.Asimqızı, A. "Hay ver mənə, leytenant": Milli Qəhrəman Fərid Əhmədovun xatirəsinə həsr edilmiş film təqdim olundu: [Beynəlxalq Mətbuat Mərkəzində] //Üç nöqtə.- 2014.- 22 yanvar.- S.13.

Həmçinin bax Azərbaycan Respublikası Xatirə Kitabı, X cild. səh.485.

İstinadlar

Xarici keçidlər ŞƏHİD FƏRİD ƏHMƏDOV "İGİDLİYƏ GÖRƏ" MEDALI İLƏ TƏLTİF EDİLDİ — mediaforum.az saytı Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun vida mərasimində İlham Əliyevin nitqi Şəhid zabit Fərid Əhmədovla bağlı filmin təqdimatı oldu https://www.facebook.com/SehidFerid/ Facebook səhifəsi

Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları