Hidrokimya — təbii suların kimyəvi tərkibi və onların ətraf mühitdə gedən kimyəvi, fiziki və bioloji proseslərdən asılı olaraq dəyişilməsinin qanunauyğunluqları haqqında elm.Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
Hidrokimyəvi analiz Hidrokimyəvi analiz suyun kimyəvi və qaz tərkibinin, fiziki, bioloji və texniki xassələrinin təyinidir.
Hidrokimyəvi rejim Hidrokimyəvi rejim su mühitinin kimyəvi xarakteristikasının məcmusudur (asılı və həll olan maddələrin konsentrasiyası və dinamikası, duzluluq, codluq, aktiv reaksiya, oksidləşmə-reduksiya potensialı və s.). Hidrobiontların böyüməsinə, inkişafına, çoxalmasına, su ekosistemlərinin davamlılığına, məhsuldarlığına və s. təsir göstərir. Antropogen amillərin su hövzəsinə təsir dərəcəsi və tullanan çirkləndiricilər hidrokimyəvi rejimə təsri göstərir.Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.
Həmçinin bax Hidrologiya Kimya
İstinadlar
Kateqoriya:Kimyanın bölmələri Kateqoriya:Okeanologiya Kateqoriya:Ətraf-mühitlə bağlı elmlər Kateqoriya:Su çirklənməsi Kateqoriya:Su ehtiyatlarının idarəedilməsi