() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü .

Botaniki təsviri Çoxillik, 70 sm hünd.-də, qalın, çoxşişli kökümsovlu bitkidir. Gövdəsi düz, əsasından tünd, uzunsov pulcuqlarla örtülmüşdür. Yarpaqları iri, lələkvari yarpaqcıqlı, iki-üçqat bölümlüdür. Yarpaqcıqlar enli-oval, küt və ya qısa uclu, kənarları boyunca kəsikli və iti dişciklidir. Çiçəkləri 3–4 mm uz.-da, ağ rəngli, oval salxıma yığılmışdır. Ləçəklər oval, dırnağa qədər daralmış, demək olar ki, yumurtalığa bərabərdir. Meyvəsi giləmeyvəşəkilli, şarvari, qara rənglidir Флора Азербайджана род: Actaea L. / Обр.: Р. Рзазаде. – Баку: АН. Азерб. ССР. т. 4. – 1953. – с. 39-40..

Yayılması left|thumb|Actaea spicata L. meyvələri|231x231pxDünyada: Əfqanıstan, Albaniya, Avstriya, Baltikyanı ölkələr, Belarus, Belçika, Bolqarıstan, Rusiya, Çexiya, Slovakiya, Danimarka, Himalay, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İran, İtaliya, Qazaxıstan, Krım, Nepal, Niderland, Şimali Qafqaz, Norveç, Pakistan, Polşa, Rumıniya, İspaniya, İsveç, İsveçrə, Cənubi Qafqaz, Türkiyə, Ukrayna . Azərbaycanda: Böyük Qafqaz (Quba), BQ qərbi, Kiçik Qafqaz şimal, mərkəz, cənub (Laçın) .

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvələmə may-iyun aylarına təsadüf edir. Orta və yuxarı dağ qurşaqlarında yayılır. Mezofit, işıqsevən bitkidir Hassler, M. & Muer, T. (2022). Flora Germanica: alle Farn- und Blütenpflanzen Deutschlands in Text und Bild 1: 1-864. Verlag Regionalkultur, Uberstadt-Weiher..

Növün istifadə sahəsi Dərman kimi: Ənənəvi olaraq revmatizm və oynaq ağrılarını müalicə etmək üçün, qut simptomlarını yüngülləşdirmək üçün, oynaq ağrısı, revmatizm və menstrual narahatlıq kimi vəziyyətlərdə homeopatiyada istifadə olunur. İltihab əleyhinə xüsusiyyətlərinə görə xaricə tətbiq etmək üçün məlhəm və ya təpitmə şəklində tətbiq olunur. Yarpaqları C vitamini ilə zəngindir .

Xoşagəlməz qoxulu zəhərli bitkidir. Meyvələrindən boya alınır. Dekorativ məqsədlə istifadə oluna bilər.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Tropik Asiya florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:Qazaxıstan florası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları