Musa Manarov (, ) — lak mənşəli azərbaycanlı SSRİ pilot-kosmonavtı, ehtiyatda olan polkovnik, Sovet İttifaqı Qəhrəmanı (1988). SSRİ-nin əməkdar idman ustası (1989). İlk Azərbaycanlı kosmonavt.
Həyatı 22 mart 1951-ci ildə Bakı şəhərində əslən Lak rayonunun Qumuq kəndindən olan hərbçi ailəsində anadan olmuşdur. SSRİ Hava Qüvvələrində mayor rütbəsinədək çatmışdır. 1974-cü ildə Moskva Aviasiya İnstitutunun məzunu olmuşdur. 1 dekabr 1978-ci ildə kosmonavt hazırlıq dəstəsinə qəbul edilmişdir.
Hal-hazırda kosmosda ən çox vaxt keçirmiş 16-cı insandır. 21 dekabr 1987-ci il — 21 dekabr 1988-ci il tarixləri arasında uçuş mühəndisi olaraq "Soyuz TM-4" gəmisində kosmosda olmuşdur (365 gün, 22 saat, 38 dəqiqə). Daha sonra 2 dekabr 1990 – 26 may 1991-ci il tarixləri arasında yenə uçuş mühəndisi olaraq "Soyuz TM-11" gəmisində kosmosda olmuşdur (175 gün, 1 saat, 50 dəqiqə).
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Муса Хираманович Манаров. Космонавт Муса Манаров.
Kateqoriya:"Dağıstan qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilənlər Kateqoriya:Laklar Kateqoriya:Rusiya Federasiyasının qəhrəmanları Kateqoriya:Rusiya pilotları Kateqoriya:SSRİ kosmonavtları