"Şah İsmayıl" ordeni — Azərbaycan Respublikasının ali hərbi ordeni.Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
"Şah İsmayıl" ordeni Azərbaycan Respublikasının yeganə dövlət ordenidir ki, onunla heç kim təltif edilməyib.
Statusu Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilə bilərlər.
"Şah İsmayıl" ordeni aşağıdakılara görə verilə bilər: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə; Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə; görkəmli sərkərdəlik fəaliyyətinə görə; respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə.
"Şah İsmayıl" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "İstiqlal" ordenindən sonra taxılmalıdır.
Təsviri Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeni biri digərinin idarə etdiyi yerləşdirilmiş, biri digərinə ox ətrafında dönmüş ikisəkkizquşəli ulduzdan fəaliyyət göstərir. Arxa şüalar platindən, ön şüalar qızıldandır.
Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunmuşdur. Girdə lövhənin aşağısında çevrə boyunca "Şah İsmayıl" sözləri yazılmışdır.
Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur.
Təltif dəstinə aşağıdakılar daxildir: boyundan asmaq üçün 37 mm enində, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı lenti olan 50 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilmişdir; paltara bərkidilmək üçün elementi olan, xara lentə uyğun, ölçüsü 37 mm x 10 mm olan 2 ədəd qəlib. Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli qırmızı rəngli dairəvi element vardır. Paltara bərkitmək üçün Boyundan asmaq üçün 1993 1998–2015 2015-ci ildən 1998–2015 2015-ci ildən 80px 85px 90px 150px 130px Lent center|90px center|90px center|90px
"Şah İsmayıl" ordeni poçt markası üzərində right|thumb|200px|2011-ci ildə buraxılmış poçt markası 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Şah İsmayıl" ordeninə həsr olunmuşdur.Yeni markalar çap olunub. ictnews.az 05.09.2011. Azərbaycan Respublikasının Ordenləri. azermarka.az
İstinadlar
Həmçinin bax "Zəfər" ordeni "Qarabağ" ordeni "Qızıl Ulduz" medalı
Mənbə "Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin Statutu", Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 755 saylı Qanunu "Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin Təsviri", Azərbaycan Respublikasının 1998-ci il 6 fevral tarixli 429-IQD saylı Qanunu "Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Xarici keçidlər "Şah İsmayıl" ordeni qızıldan olacaq Ordenlər və medallar, səh. 21–22
"Şah İsmayıl" ordeni Kateqoriya:Azərbaycanın dövlət təltifləri Şah İsmayıl Kateqoriya:Şah İsmayıl Xətai Kateqoriya:"Şah İsmayıl" ordeni ilə təltif edilənlər