thumb|Lotus avtomobillərinin yığılma sexi
İstehsalat və ya İstehsal — hər hansı bir məhsulun və ya xidmətin yaradılması üçün hüquqi şəxsin və fiziki şəxsin təşkil etdiyi fəaliyyət prosesidir.
Ümumi anlayış Istehsalat prosesində maşın, mexanizm, alətlər və insan əməyindən istifadə edərək satış üçün məhsul hazırlanır. Bir qayda olaraq istehsalatda böyük həm də xammaldan hazır məhsul istehsal edilir. Bu termin ancaq insan əməyinə aid olaraq adi sənətdən yüksək texnologiyalara qədər geniş dairəni əhatə edir. Belə hazır məhsullar sonradan daha geniş istehsalatda digər mürəkkəb məhsulların istehsalı üçün istifadə edilir. Məsələn, gəmi, silah və digər yüksək texnologiyalı mallar. Bir qayda olaraq bazar iqtisadiyyatı mühitində bir məhsul digər məhsulun buraxılışı üçün mərhələ rolunu oynayır. Həmçinin bazar münasibətləri özünü tənzimləmə prinsipinə malikdir. Ancaq son dövrlərdə dövlət daha müntəzəm sahibkarlıq prinsiplərini gözləməklə bazar münasibətlərinə müdaxilə etməli olur..
Müasir istehsalat
Müasir istehsalat öz çərçivəsinə son məhsulun buraxılması üçün bütün aralıq mərhələləri toplayır. Bir sıra hallarda "istehsalat" və "istehsal" terminləri eyni anlamda işlənir. Baxmayaraq ki, "istehsalat" termini məhsul buraxılışının təşkilini, "istehsal" termini isə prosesi əhatə edir. İstehsalat çox sıx şəkildə mühəndis elmləri və menecerliklə bağlıdır. Onlardakı yeniliklər istehsalın daha səmərəli təşkilinə və xərclərin azalmasına səbəb olur. Son dövrlərdə reklamla yanaşı dizayn məsələsi də böyük əhəmiyyət daşımağa başlamışdır.
İstehsalatın müasir intelletktual icra sistemləri
Müəssisənin idarə olunmasının avtomatlaşdırılması
Bu paraqrafda müəssisənin idarə olunmasının avtomatlaşdırılması ilə əlaqədar bir sıra məsələlər nəzərdən keçirilmişdir. Əsas fikir o sistemlərin yaradılmasına ayrılmışdır ki, onların köməyi ilə maliyyə, tədarükün – alış - verişin idarəsi kimi proseslər avtomatlaşdırılır. Bu avtomatlaşdırmanın müxtəlif aspektlərinə: müəssisənin modellərinin qurulmasına, sistemin həyati dövrünün yazılışına, müəssisənin idarə olunmasının avtomatlaşdırılması prosesinin planlaşdırılmasına və idarəsinə, sistemlərin seçilməsi problemlərinə fikir verilir. Eyni zamanda müəssisənin idarə olunması sisteminə müasir yanaşma, son vaxtlar geniş yayılmış MRP, MRPP, ERP və APS konsepsiyaları, eləcə də bu sistemlərdə tətbiq olunan əsas riyazi - iqtisadi metodlar şərh olunur. Müəssisənin idarəolunması prosesinin avtomatlaşdırılması son dərəcə mürəkkəb məsələdir və onun həlli zamanı aşağıdakı problemlər üzə çıxır: müəssisənin vəziyyətini xarakterizə edən hansı parametrləri ölçmək lazımdır(nəzərə alınır); planlaşdırma və idarəetmə məsələlərinin həlli üçün ierarxik modellər yığımından hansı daha əlverişlidir; hansı məqsədlər üçün və hansı yolla riyazi – iqtisadi metodları daha effektiv qəbul etmək olar; layihə idarə metodlarından necə istifadə etmək olar. İstehsalatın idarə olunmasının optimallaşdırılması və yuxarıda göstərilən problemlərin həllinin mümkünlüyü məqsədi ilə hələ keçən əsrin 60 – cı illərin ortalarında Amerika istehsalatın və ehtiyatların idarə olunması cəmiyyəti (APİCS) bir sıra prinsiplər formalaşdırılıb. Bunlarında əsasında müəssisənin modelinin qurulması və onda gedən əsas istehsalat prosesləri təklif olunur. Bu prinsiplər ilk dəfə olaraq materialların idarə olunması məsələlərinin həlləri üçün tətbiq edilərək MRP (Material Requirements Planinq – ehtiyat materialların planlaşdırılması) konsepsiyası adını almışdır. Bunun da əsas vəziyyətləri aşağıdakılardır: istehsalat prosesinin modeli qarşılıqlı əlaqəli sifarişlərin axını kimi təsvir edilir; istehsalat dövriyyələrinin və ehtiyatlarının minimumlaşdırılması təmin edilir; təchizat sifarişləri və istehsalat, reallaşdırılan sifarişlərin, eləcə də istehsalat cizgilərinin əsasında formalaşdırılır; sifarişlərin hərəkəti iqtisadi göstəricilərlə əlaqələndirilir; sifarişin yerinə yetirilməsi onun hazır olduğu ana qədər sona çatdırılır. Sonralar bu gedişatın digər proseslərə və ya fəaliyyət növlərinə tətbiqi nəticəsində MRPP, ERP və s. konsepsiyalar meydana çıxmışdır. MRP, MRPP və ERP metodları və yanaşmaları anlayışların və proseslərin formalaşdırılmış toplumudur. Bunların köməyi ilə müəssisənin işini təsvir etmək olar. Onların son dərəcə konstruktiv xarakteri olur, yəni onları təlimatlar (alqoritm) toplumu kimi qəbul etmək olar: verilənləri və materialları bu şəkildə ora ötürür, oradakı yerinə yetirilən əməliyyat haqqında yazılış edilir və s. Onlar intuitiv olaraq hər bir idarəçiyə və ya maneəçiyə aydındır. Onların əsas qiyməti aşağıdakı kimidir: onlar real olaraq işlənib müəssisələrin fəaliyyətinin analizinin nəticəsində yaranmışdır; onların inkişafı təkamüllə baş vermişdir, belə ki, növbəti konsepsiya əvvəlkini udmuşdur; onlar öz effektivliklərini sübut etmişlər; onlar müəssisənin bütün fəaliyyətini tamlıqla əhatə edir.
Müəssisənin avtomatlaşdırılmasının dünəni və bu günü
Bu gün bilinmir ki, müasir texnoloji proseslərin avtomatlaşdırmasının müəyyən mərhələlər ilə xarakterizə olunması qanuna uyğunluqdur yoxsa təsadüfüdür. Çünki zəmanəmizdə ideoloji, təşkilati və texniki planda ciddi dəyişiklər getməkdə-dir. Sifarişçilərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir, avtomatlaşdırılmış sistemlərə qarşı qoyulan tələblər formalaşır, prinsipcə yeni texnologiyalar meydana çıxır, avtomatlaşdırma sistemlərində liderlik roluna iddiaçıların sayı artır və s. Hazırkı dövrə qədər sənaye müəssisələrinin avtomatlaşdırmasının üç tipik səviyyəsi – AİS (idarəetmə, maliyyə - təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmış sistemləri) ayrıca və bir – birindən asılı olmayan şəkildə inkişaf etmişdir. Onlar müəssisənin müxtəlif bölmələrinin tələblərinə və müxtəlif «oyun qaydaları» – na uyğun olaraq layihələndirilmiş və yaradılmışdır. Əvvəllər, onlar vahid bir məqsədə və müəssisələrə fiziki, eləcə də informasiya baxımından çox zəif, əksər hallarda isə tamamilə bağlı deyildilər. Bundan əlavə bu sistemlərdən hər biri ənənəvi olaraq öz daxili qanunlarına görə qurulurdular. Buna görə də onlar praktiki olaraq bir – biri ilə öz ara¬larında ünsiyyətdə olmurdular, necə deyərlər bir –birini başa düşmədən müxtəlif dillərdə danışırdılar. Vəziyyət onunla daha da çətinləşirdi ki, əksər hallarda bu sistemlər müxtəlif cihazlar, proqramlar və informasiya standartları əsasında reallaşdırılırdı. Belə bir şəraitlər də müəssisənin rəhbərlərini çox çətin seçim qarşısında qoyurdu - avtomatlaşdırmanı nədən başlamalı? AİS – dən, ALS – dən yoxsa TP AİS – dən, hansı standartlara həvalə etmək, kimə qulaq asmaq? Təbiidir ki, qeyri – müəyyənlik və məhdud ehtiyatlar şəraitində əksəriyyət optimal qərar tapa bilmirdi. Məcburiyyət qarşısında özlərinə belə suallar verirdilər avtomatlaşdırmanın bu sahələrinə başlamaq lazımdırmı və sonda praktiki olaraq hamı bunu qəbul edirdi və bunların əksəriyyətində də, təəccüblü olsa da eyni nəticələr alınırdı. Deyilənlərə baxmayaraq yaradılmış yeni texnologiyalardan və materiallardan istifadə etmək lazımdır ki, bu çatışmazlığı aradan götürmək mümkün olsun. Bəs bu gün avtomatlaşdırmanın inkişafında müəyyən edilmiş yeni ənənələrə nələr aiddir. Birincisi, biznes – (AİS), layihələndirmə - (ALS), və istehsalat – texnoloji (TP AİS) kimi müxtəlif avtomatlaşdırma səviyyələrinin məntiqi və informasiya baxımından bir – birinə nüfuz etməsi daha çox qabarıq şəkildə meydana çıxmaqdadır. Bu sistemlərin bir – birinə belə inteqrasiyası avtomatlaşdırmaya real istehsalat gücü olmasına və operator – texnoloqdan başlamış yuxarı səviyyə rəhbərlərinə kimi tamlıqla müəssisəni əhatə etməyə imkan verir. Müəssisə vahiddir və ancaq bir informasiya məkanında fəaliyyət göstərməlidir, ancaq bu halda firmaların maliyyə - təsərrüfat və istehsalat fəaliyyətinin optimal, eləcə də operativ idarə olunmasına imkanlar yaranır.
ERP ilə TP AİS arasındakı funksional uyğunsuzluq
MAİS – in sənaye müəssisələrində yaradılması zamanı meydana çıxan çoxsaylı problemlərdən biri də ERP sisteminin tətbiqi zamanı yaranan bəzi uyğunsuzluqlardır. ERP sisteminin tətbiqi ilə yanaşı MAİS – in yaradılmasında, biznes – proseslərinin avtomatlaşdırılması və informasiyalaşdırılması, bununla yanaşı əsas istehsalat proseslərinin və səviyyəsinin ehtiyatlarının idarəsi müəssisələrinin avtomatlaşdırılmasının təxirə salınması (əhəmiyyət verilməməsi) günün tələblərinə artıq cavab vermir və müəyyən problemlərin həllini ortaya qoyur. Lakin ciddi (məqsədli) yanaşma nəticəsində sənaye müəssisə-lərinin inteqrallanmış MAİS – nin yaradılması bu problemi aradan götürmüşdür. Baxmayaraq ki, sənaye müəssisələrinin satış bazarı informasiya texnologiyalarının müasir dinamikası ilə uzlaşa bilmir. Təcrübənin göstərdiyi kimi ERP sistem sinfinin tətbiqinin uğurlu faizi maliyyə, inzibati və alış – veriş təşkilatlarında sənaye ilə müqayisə olunmayacaq dərəcədə yüksəkdir. Lakin bu heçdə o demək deyil ki, strateji plan üçün götürülmüş məqsəd (tez – tez dəyişən bazar şəraitlərində effektiv istehsalata çatmaq) informasiyalaşdırma və kompüter avtomatlaşdırılması vasitəsi ilə bu məqsədə çatmaq üçün götürülmüş kurs düzgün deyil. Göründüyü kimi uğursuzluğun səbəbi templərin, metodların adekvatlılıqları və sənaye müəssisələrinin hazırlıq səviyyəsidir. Müasir informasiya texnologiyalarının dinamiki inkişafı konservantiv istehsalat bazarı üçün anlaşılmazdır. Həqiqətən qısa bir aralıq müddətində MAİS – in tətbiqi məqsədi koleydoskopik tezliklə dəyişmişdir: əvvəlcə müəssisənin inzibati – maliyyə idarəsinin effektivliyinin yüksəldilməsinə, sonra isə müəssisənin ehtiyatlarının idarə olunmasına, son vaxtlar isə elektron biznes texnologiyasının tətbiqinə və intellektual müəssisənin yaradılmasına istiqamət götürülmüşdür.