Məzmun Azərbaycan torpağında, Qarabağda müharibə gedir. Bu müharibədə öz Vətənini erməni işğalçılarından müdafiə etməyə getmiş xalqımızın ən yaxşı oğulları şikəst olur, həlak olur, itkin düşürlər...

Adı bəlli olmayan adi bir əsgərin qəhrəmanlıq rəmzinə çevrilməsi filmin əsas süjet xəttini təşkil edir. Filmdə o adamlardan bəhs olunur ki, müharibə onların taleyini şikəst edib. Filmdəki hadisələr cəbhə xəttində deyil, Bakıda hərbi xəstəxanada bir sutka ərzində cərəyan edir. Müəlliflər burada mənəvi problemlərə toxunmuşlar. Filmin adından da göründüyü kimi, müəlliflər demək istəmişlər ki, xalq başının üstünü almış bəlalardan qurtarmaq üçün özündə qüvvə tapacaq, hər cür çətinlikləri dəf edəcəkdir.

Film haqqında Film Rövşən Almuradlı və Elman Şeydayevin "Doğma" povestinin motivləri əsasında çəkilmişdir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 367.

Filmin heyəti

Film üzərində işləyənlər (titrlərdəki sıraya görə) Əsərin müəllifi: Rövşən Almuradlı, Elman Şeydayev Ssenari müəllifi: Orxan Fikrətoğlu Quruluşçu rejissor: Gülbəniz Əzimzadə Quruluşçu operator: Rafiq Quliyev, Mixail Xarçenko Quruluşçu rəssam: Mayis Ağabəyov Geyim rəssamı: Vaqif Mustafayev Bəstəkar: Aydın Əzim Kərimoğlu Səs operatoru: Tatyana Kərimova Montaj edən: Tamara Nərimanbəyova Filmin direktoru: Akif Musayev Rejissor: Süleyman Əhmədov, Elşən Məmmədov Operator: Zaur Məmmədov Qrim rəssamı: Telman Yunusov Fotoqraf-rəssam: Fərhad Behbudov İşıq ustası: Akif Rəhimov Rejissor assistenti: Atəş Davudov Operator assistenti: Nizami Səfərov Rəssam assistenti: Xalidə Ağacanlı, Elyaz Səfərov İnzibatçı: Faiq Qasımov, Faiq Babayev, Rafiq Musayev, Mahir Qafarov Redaktor: Dinarə Gərəkməzli Çalır: İnstrumental Heyətlər Məsləhətçi: Rüfət Əmirov (polkovnik), Etibar Bektaşi (tibb elmləri namizədi)

Rollarda Məmmədkamal Kazımov-Qoca Məmməd Səfa-Qardaşını axtaran Muxtar İbadov-Papaqlı kişi Şükufə Yusupova-Ana Ulduz Kazımova Əminə Yusifqızı-Baş həkim Fuad Poladov-Cəbhə hərbi həkimi Ramiz Məlikov Qalina Quseva-Rus qadın Ramiz Novruzov-Molla Mehriban Zəki-Jurnalist qız Məfkurə Məhərrəmova-Həkim Samir Ələsgərov Aslan Şirinov Aqil Quliyev-Kor əsgər Rafiq Əliyev (II)-natiq Süleyman Əhmədov-Qapıçı Kazım Həsənquliyev-Xəstə əsgər Elşən Məmmədov Toğrul Eminov — şəhid oğlu S. Əliyeva Kamran Şahmərdanov Heybət Heybətov K. Məhərrəmova A. Davdiyev Mahir Qafarov T. Qafarov S. Qafarov

Sponsor "Azərkinovideo" İstehsalat Birliyi

Çəkilişə köməklik edən qurumlar Musa Nağıyev Adına Klinik Təcili Yardım Xəstəxanası Müdafiə Nazirliyi

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362-365; 372. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər

Filmi izlə

Kateqoriya:1995-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Gülbəniz Əzimzadənin filmləri