Natiq Məmmədov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, 1994-cü il 4 oktyabr hadisələri şəhidi.
Həyatı 11 may 1975-ci ildə Zaqatala rayonunun Dağlı kəndində anadan olmuşdur. 1990-cı ildə burada kənd orta məktəbinin rus dili bölməsinin səkkizinci sinfini bitirdikdən sonra, təhsilini Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində davam etdirmiş, mexanizator ixtisasına yiyələnmişdir. Bir müddət "Dağıstan" kolxozunda çalışmışdır. Natiq Məmmədov subay idi.
Döyüşlərdə iştirakı Natiq Məmmədov 1993-cü ildə Milli Ordu sıralarına çağırılmış, bir müddət təlim keçdikdən sonra Füzuli, Ağdam, Tərtər istiqamətlərində döyüşlərdə iştirak etmişdir.
1994-cü il 4 oktyabr hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsi zamanı Natiq Məmmədov şücaət göstərərək şəhid olmuşdur.
Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn edilib.
Təltifləri Azərbaycan Resublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
İrsi Zaqatala rayonuda yerləşən uşaq bağçası Natiq Məmmədovun adını daşıyır. 2024-cü il mayın 2-sində İctimai Televiziyanın "Heç kim unudulmur, heç nə yaddan çıxmır" verilişinin növbəti seriyası Natiq Məmmədova həsr edilmişdir.Qiyamçı dəstənin zərərsizləşdirilməsində şücaət göstərərək şəhid olan Milli Qəhrəman Natiq Məmmədov
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 202.
İstinadlar
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Zaqatala rayonunda doğulanlar Kateqoriya:Gəncədə vəfat edənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar