Zaur Sarıyev () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.
Həyatı 1974-cü il 28 iyun Şəmkir rayonunda anadan olmuşdur. 1981–1989-cu illərdə burada təhsil almışdır. 1993-cü il 6 iyul Zaur hərbi xidmətə çağırılır. Zaur "N" saylı hərbi hissədə qısa vaxt ərzində təlim alaraq cəbhəyə göndərildi.
Döyüşlərdə iştirakı Cəsur döyüşçü Füzuli, Ağdam, Kəlbəcər, Murovdağ cəbhələrində rəşadətlə vuruşaraq hər kəsi özünə heyran qoymuşdu. 1994-cü ilin sərt qışı idi. Zaur döyüşçü dostları ilə Murovdağ istiqamətində kəşfiyyat əmri alır. Döyüşçülər bu əməliyyat zamanı mühasirəyə düşürlər, 13 gün sonra xeyli erməni yaraqlısını məhv edən əsgərlər mühasirədən çıxdılar. Zaurun əl–ayağı donmuşdu, iki ay müalicə olunan cəsur döyüşçü yenidən səngərə dönür. Zaur çavuş rütbəsi alaraq qrup komandirliyi vəzifəsinə təyin edilir. Uzun və şərəfli döyüş yolu keçmiş Zaur ağlına belə gətirməzdi ki, qarşıda dövlətimiz, Vətənimiz üçün daha təhlükəli günlər var. 1995-ci il 13–17 mart hadisələri baş verdi. Silahlı dəstənin zərərsizləşdiriləməsində canlarından belə keçən döyüşçülərdən biri də Zaur idi. Zaur Sarıyev silahlı dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına həlak oldu.
Ailəsi Subay idi.
Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Sarıyev Zaur Rəşid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Qəhrəmanımız Şəmkir rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
İstinadlar
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 253.
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Şəmkir rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Şəmkir Şəhidlər Xiyabanında dəfn olunanlar Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar