Klaudiya Kardinale (; ) — İtaliya aktrisası. 1960 və 1970-ci illərdəki rol aldığı filmlərlə tanınmışdır. O İtaliya və beynəlxalq filmoqrafiyada əhəmiyyətli yerə sahibdir. Kardinale öz dövrünün ən parlaq ulduzlarından biri olub. Klaudiya Kardinale "İtaliya qarşısında xidmətlərə görə" ordeni, "Fəxri legion" ordeni və Tunisin "Xidmət ordeni" kimi mükafatlara sahibdir.
Klaudiya Kardinale fəal ictimai mövqeyi ilə də məşhurdur. İllər ərzində Kardinale qadın hüquqları mövzusunda açıq danışmış və 2000-ci ilin mart ayından etibarən UNESCO-nun Qadın Hüquqlarının Müdafiəsi üzrə xoşməramlı səfiri olmuşdur. 2011-ci ilin fevral ayında "Los Angeles Times" jurnalı Kardinaleni kino tarixinin ən gözəl 50 qadını siyahısına daxil etmişdir. Həyatı Klaudiya Kardinale 1938-ci ildə Tunisdə anadan olmuşdur. Anası İolanda Qreko Trapanidən idisə, atası italyan idi. Onun doğma dili fransız dili idi, ona görə də rejissor Lukino Viskontinin "Leopard" filminin çəkilişləri zamanı Klaudiya Kardinale öz replikalarını ucadan səsləndirməklə öyrənirdi.
Klaudiya 1957-ci ildə Tunisin ən cəlbedici italyan gözəli kimi Venesiya kinofestivalına dəvət alır. Daha sonra İtaliyanın ən şöhrətli rejissorları olan Federiko Fellini və Lukino Viskontinin filmlərində çəkilməyə nail olur.
Klaudiya Kardinale 2 dəfə ailə qurmuşdur: Franko Kristaldi və Paskuale Skuityeri ilə. O, XX əsrin 80-ci illərinin sonundan Parisdə yaşamağa başlamışdır. 2008-ci ildə Şərəf Legionu ordeni ilə təltif olunmuşdur.Клаудиа Кардинале — (c)Diletant.ru
Kardinale 23 sentyabr 2025-ci ildə, 87 yaşında, ömrünün son illərini yaşadığı Paris yaxınlığındakı Nemursda vəfat edib. Agentinin sözlərinə görə, aktrisa dünyasını dəyişərkən uşaqlarının əhatəsində olub.
Ailəsi Oğlu — Patrisio. Qızı — Klaudiya.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1958 Qoha Goha Teycel Olomun xidmətçisi1958 Həmişəki naməlumlar I Soliti Ignoti Karmelina1959 Lənətə gəlmiş dolaşıqlıq Un maledetto imbroglio Assuntina1960 Gözəl Antonio Il bell'Antonio Barbara1960 Austerlis Austerlitz Polina Bonapart1960 Rokko və onun qardaşları Rocco E I Suoi Fratelli Cinetta1961 Çamadanlı qız La ragazza con la valigia Aida1961 Şirlər azadlıqda I leoni scatenati Albertina Ferran1962 Kartuş Cartouche Venus1963 Səkkiz yarım 8 ½ Klaudiya1963 Bəbir Il Gattopardo Ancelika Sedara / Bertiana1963 Çəhrayı panter The Pink Panther şahzadə Dala1965 Böyük Ayı bürcünün dumanlı ulduzları Vaghe Stelle Dell' Orsa Sandra1966 Peşəkarlar The Professionals missis Mariya Qrant1966 İtmiş dəstə Lost Command Mahidinin bacısı1968 Bir dəfə Qərbdə Once Upon A Time In The West Cill Makbeyn1969 Qırmızı çadır Красная палатка Valeriya1970 Jerarın macəraları The Adventures Of Gerard Tereza1972 Qəbul L'Udienza Ayşe1974 İnteryerdə ailə portreti Gruppo di famiglia in un interno professorun arvadı1975 Gecəyarısı ən şirin həzz baş verir A Mezzanotte Va La Ronda Del Piacere Qabriella Sansoni1975 Macəra belə başlayır Qui comincia l'avventura Laura1976 Ümumi xəcalət hissi Il Comune Senso Del Pudore Armida Ballarin1978 Nazaretli İsa Jesus of Nazareth yalançı qadın1978 Korleone Corleone Roza Akkordino1978 Tapança L'arma Marta1979 Afinaya qaçış Escape To Athena Elina1981 Dəri La pelle şahzadə Konsuela Karaççiolo1982 Fiskaraldo Fitzcarraldo Molli1984 IV Henri Henry IV Matilda1987 Sevən kişi Un homme amoureux Culiya Ştayner1989 Fransız inqilabı La Révolution française madam de Polinyak1993 Çəhrayı panterin oğlu Son of the Pink Panther Mariya Qambrelli1999 Quldurlar Li chiamarono… briganti! Donna Assunta2002 İndi isə, xanımlar və cənablar And Now Ladies and Gentlemen madam Falkonetti2009 İp Le fil Sara2010 Sinyora Enrika ilə italyan olmaq Sinyora Enrica ile İtalyan Olmak sinyora Enrika2012 Rəssam və onun modeli El artista y la modelo Lea2014 Effi Effie Vikontessa
İstinadlar
Ədəbiyyat Gian Piero Brunetta, Storia del cinema italiano. Volume quarto: Dal miracolo economico agli anni novanta 1960—1993, Roma, Editori Riuniti, 1993, ISBN 88-359-3788-4. Simona Previti, Claudia Cardinale, Edizioni L’Epos, Clana La carrozza d’oro, 2011. ISBN 978-88-8302-381-1 Alberto Moravia, Claudia Cardinale. Dialogo e fotografie, Ghibli, 2015. ISBN 978-8868010676 Frédéric Schiffter, Dolce Claudia, suivi de Eloge de la starlette, Francia, Archivio Graziano Arici, 2014. ISBN 979-1090294127 Bruno Vespa, Bellissime! Le donne dei sogni italiani dagli anni '50 a oggi, Roma, Rai Libri, 2020. ISBN 978-88-397-1799-3 Gigi Marzullo, La vita è un sogno, Roma, Rai Libri, 2022. ISBN 9788839718365 Cristina Jandelli, Tre studi su Claudia Cardinale, Venezia, Marsilio, 2022. ISBN 9788829715961 Francesco Piccolo, La bella confusione, Roma, Giulio Einaudi Editore, 2023. ISBN 9788806231538 Moravia, Alberto, Claudia Cardinale, Flammarion, Paris 2010, 96 pages, ISBN 978-2-0812-4009-4
Xarici keçidlər
Kateqoriya:İtaliya aktrisaları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:İtaliyanın qadın yazıçıları Kateqoriya:XXI əsr aktrisaları