Nadir Məmmədli (tam adı: Nadir Baloğlan oğlu Məmmədov; ) — Azərbaycan alimi və naşiri; filologiya elmləri doktoru (2001), professor (2004); AMEA Dilçilik İnstitutunun baş direktoru (2021)Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib. science.gov.az saytı — 28.10.2021; Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı Nadir Məmmədli 19 sentyabr 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində doğulub. 1977–1979-cu illərdə Moskva şəhərində hərbi xidmətdə olub.
Ailəsi 1997-ci ildə ailə həyatı qurub. 1998-ci ildə qızı Ülya Məmmədli, 1999-cu ildə oğlu İnal Məmmədli, 2008-ci ildə sonuncu övladı Ünay Məmmədli dünyaya gəlib.
4 fevral 2025-ci ildə həyat yoldaşı Nəzakət Məmmədli qəfil ürəktutmadan vəfat edib. Nəzakət Məmmədli AMEA-nın baş elmi işçisi, Xəzər Universitetinin "Məsnəvi" mərkəzinin direktoru, filologiya elmləri doktoru idi.
Təhsili 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki xarici dillər iki illik Fars dili şöbəsini əla qiymətlərlə bitirib.
Elmi fəaliyyət
1985-ci ildə Azərbaycan Dövlət Universitetini, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzərindəki iki illik fars dili şöbəsini əla qiymətlərlə bitirmişdir. 1989-cu ildə “Azərbaycan dilində fellərin sinonimliyi” adlı namizədlik işini müdafiə etmişdir. Tədqiqat işində fellərin leksik sinonimliyinin araşdırılması aparılmışdır. Bu iş Azərbaycan dilçiliyində ilk dəfə olaraq leksik sinonimlərin nəzəri məsələlərini, o cümlədən ənənəvi, distributiv, substitutiv və denotativ tədqiqat metodlarını, semantik informasiyaların yaxınlığını, ad və fellərin sinonimliyinin spesifik xüsusiyyətlərini leksik-semantik və kateqorial-qrammatika xarakterinə görə araşdırmışdır. Fellərin leksik sinonimliyində feilə məxsus atributların, əsasən, təsirli və təsirsizlik, təsdiq və inkar, növ bildirməsi, funksional formalar malik olması, çoxmənalılıq və abstraktlığa meyilliyi, lüğəvi mənaların rəngarəngliyi və fellərin semantik-struktur xüsusiyyətləri, leksik-semantik qruplar əsasında yaranan sinonimlər təhlil olunmuşdur. 2000-ci ildə “Azərbaycan dilində alınma terminlər” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elmi fəaliyyəti 1989–1992-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunda təcrübə keçib. 1992–1994-cü illərdə Moskva və Moskvaətrafı şəhərlərin arxivlərində çalışıb. Həmçinin İran İslam Respublikasının Təbriz şəhərindəki Dil və Ədəbiyyat Universitetində də təcrübə keçib.
1985–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda işləyib, 1992-ci ildən bu günədək Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında çalışır.
1992-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili kafedrasında müəllim və dosent vəzifəsində işləyir. Rus bölmələrində "Azərbaycan dili", Azərbaycan bölmələrində "Nitq mədəniyyəti" fənlərindən dərs deyir. Magistr qruplarda isə "Ali məktəb pedaqogikası" fənnini tədris edir.
1989-cu ildə "Müasir Azərbaycan dilində feli sinonimlər" mövzusunda namizədlik, 2000-ci ildə isə "Müasir Azərbaycan dilində alınma terminlər (1920–1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Filologiya elmləri doktorudur. 1995-ci ildə dosent, 2007-ci ildə professor elmi adını alıb.
13 kitab, o cümlədən 5 monoqrafiyanın ("Müasir Azərbaycan dilində feillərin leksik sinonimliyi" (Bakı, "Maarif, 1991, 7 ç/l), "Moskva Şərq Dilləri İnstitutunun Azərbaycan alimləri (1876–1930) (Bakı, "Sabah", 1993, 7 ç/v)", "Alınma terminlər" (1920–1995) (Bakı, "Elm", 1997), "M.F.Axundovun obrazları və dilçilik görüşləri" (şərikli) (Bakı, "Elm və təhsil", 2012.), "Azərbaycan dilində alınma terminlər" (Bakı, "Elm və təhsil" nəşriyyatı, 2017), ali məktəblərin rus bölməri üçün "Azərbaycan dili" (Bakı, "Sabah", 1993.), Azərbaycan bölməri üçün "Azərbaycan dili və nitq mədəniyyəti" (Bakı, "Elm və təhsil", 2019) dərsliklərinin, bakalavr pilləsi üçün "Azərbaycan dili" (Bakı, "Maarif", 1995) və "Azərbaycan dili və nitq mədəniyyəti" (Bakı, "Elm və təhsil", 2018) fənləri üzrə proqramın, ötən əsrin 90-cı illərində əlifbaya keçid ərəfəsində "Latın qrafikalı yeni Azərbaycan əlifbası" (Bakı, "Maarif", 1992, 3/5 ç.v.) vəsaitinin, "Azərbaycanca-rusca danışıq kitabı"nın (Bakı, "Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi", 1995), 3 praktik lüğətin ("Çağdaş türk ədəbi dilinin izahlı omonimlər sözlüyü" (Bakı, "Sabah", 1995), "Adını mən verdim – yaşını Allah versin (türk şəxs adları lüğəti)" (Bakı, "Maarif", 1995), Prezidentin sərəcamı ilə çap olunan dövlət əhəmiyyətli "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin (Bakı, "Şərq-Qərb" nəşriyyatı, 2013; 6-cı buraxılış, həmmüəllif), "Alınma terminlərin leksik və semantik xüsusiyyətləri" (Bakı, "Nurlan", 1995) adlı metodik göstərişin, 100-dən artıq elmi, 200-ə qədər publisistik məqalə müəllifidir.
Elmi-publisistik yazıları həmçinin İran İslam Respublikası və Türkiyə Cümhuriyyətinin qəzet və jurnallarında dərc edilmişdir. Tehranda nəşr olunan "Məfaxeri Azərbaycan: şaeran, nevisendeqanü xoşnevisan" (Azərbaycanın fəxrləri: şairləri, yazıçıları və xəttatları") adlı Ensiklopediyada (1997) XIX əsrdə Moskva Şərq Dilləri İnstitutunda çalışmış azərbaycanlı alimlər haqqında 2 məqaləsi yer almışdır.
2004-cü ildə Türkiyə Cümhuriyyətinin Qazi Universitetində (Ankara), 2012-ci ildə Çin Xalq Respublikasının Konfutsi Universitetində (Anxoy vilayəti) alınma, beynəlmiləl sözlərlə bağlı ekspress-mühazirələr oxuyub.
Dünyanın ən nüfuzlu Beynəlxalq konfranslarında çıxış edən N.Məmmədlinin əsərləri Təbriz (İran), Trabzon, İstanbul (Türkiyə), Oş, Bişkek, (Qirğizistan), Perm, Ufa, Mahaçqala (Rusiya), Quvahati (Hindistan), Okinava (Yaponiya), Estern (Şri-Lanka) başqa şəhərlərdə nəşr olunub.
Əsas elmi əsərləri "Eski doğu dilleri". Trabzon (1993); "Yunan və latın mənşəli beynəlmiləl termin elementlər" (1994); "Alınma terminlərin leksik və semantik xüsusiyyətləri", Bakı, "Nurlan", 1995 "Məfaxeri-Azərbaycan". Təbriz, (1997);
Monoqrafiyaları "Müasir Azərbaycan dilində fellərin leksik sinonimliyi", Bakı, "Maarif", 1991. "Moskva Şərq Dilləri İnstitutunun Azərbaycanlı alimləri" (1876–1930). Bakı, "Sabah", 1993; "Alınma terminlər (1920–1995)", Bakı, "Elm", 1997. "M.F.Axundovun obrazları və dilçilik görüşləri", Bakı, "Elm və təhsil", 2012. (şərikli) "Azərbaycan dilində alınma terminlər", Bakı, "Elm və təhsil", 2017.
Dərslikləri "Latın qrafikalı yeni Azərbaycan əlifbası", Bakı, "Maarif", 1992. "Azərbaycan dili", Bakı, "Sabah", 1993. (rus bölmələri üçün) "Azərbaycan dili və nitq mədəniyyəti", Bakı, "Elm və təhsil", 2019. (Azərbaycan bölmələri üçün)
Proqramları "Azərbaycan dili", Bakı, "Maarif", 1995 "Azərbaycan dili və nitq mədəniyyəti", Bakı, "Elm və təhsil", 2018
Lüğətləri "Azərbaycanca-rusca danışıq kitabı", Bakı, "Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi", 1995 "Çağdaş türk ədəbi dilinin izahlı omonimlər sözlüyü", Bakı, "Sabah", 1995 "Adını mən verdim – yaşını Allah versin (türk şəxs adları lüğəti)", Bakı, "Maarif", 1995 "Azərbaycan dilinin orfoqrafiya lüğəti", Bakı, "Şərq-Qərb", 2013; 6-cı buraxılış, (həmmüəllif)
Yaradıcılığı Nadir Məmmədlinin ilk mətbu yazıları 1977-ci ildən Moskva şəhərinin hərbi qəzetlərində dərc olunub.
Publisistik əsərləri "Fokuslar", Bakı, "Nurlan", 2010. 144 səh. 500 tiraj. ISBN 978-9952-8024-2-9. (Tofiq İsgəndərli ilə ortaqlı)
Seçilmiş elmi əsərlər
Müasir Azərbaycan dilində fellərin leksik sinonimliyi // Monoqrafiya. Bakı: Maarif, 1991. Latın qrafikalı yeni Azərbaycan əlifbası. Bakı: Maarif, 1992. Azərbaycan dili (rus bölmələri üçün). Bakı: Sabah, 1993. Moskva Şərq Dilləri İnstitutunun Azərbaycan alimləri (1876-1930) // Monoqrafiya. Bakı: Sabah, 1993. Yunan və latın mənşəli beynəlmiləl termin elementlər. Bakı: Elm, 1994. Azərbaycanca-rusca danışıq kitabı. Bakı: Azərbaycan Ensiklopediyası, NPB, 1995. Alınma terminlərin leksik və semantik xüsusiyyətləri (Metodik vəsait). Bakı, 1995. Çağdaş türk ədəbi dilinin izahlı omonimlər sözlüyü. Bakı: Sabah, 1995. Adını mən verdim, yaşını Allah versin (türk şəxs adları lüğəti). Bakı: Maarif, 1995. Azərbaycanın fəxrləri: şairləri, yazıçıları və xəttatları. Ensiklopediya. (Tərtibçi: doktor Əqiqi Bəxşayişi). Tehran, 1997. Alınma terminlər (1920-1995) // Monoqrafiya. Bakı: Elm, 1997. Azərbaycan dili // Bakalavr hazırlığı üzrə fənninin proqramı (Azərbaycan Memarlıq və İnşaat Universitetinin rus bölmələri üçün). Bakı, 2006. Azərbaycan dili // Bakalavr hazırlığı üzrə fənninin proqramı (Filologiya fakültələrinin rus bölmələri üçün). Bakı, 2006. Azərbaycan dili // Ali məktəblərin rus bölmələri üçün (Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə dərslik kimi təsdiq olunmuşdur). Bakı, 2006. M.F.Axundovun obrazları və dilçilik görüşləri. Bakı: Elm və təhsil, 2012. Yunan və latın mənşəli beynəlmiləl termin elementlər lüğəti. Bakı: Elm və təhsil, 2012. Azərbaycan dilinin orfoqrafiya lüğəti (müştərək) // 6-cı buraxılış. Bakı: Şərq-Qərb, 2013. Azərbaycan dilində alınma terminlər. Bakı: Elm və təhsil, 2017. Azərbaycan dili və nitq mədəniyyəti // bakalavr təhsil pilləsində texniki ali məktəblər üçün fənn üzrə proqram. Bakı: Elm və təhsil, 2018. Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblərin filologiya fakültələri üçün proqram). Bakı: Elm və təhsil, 2020. Azərbaycan dili və nitq mədəniyyəti (dərslik). I cild. Bakı: Elm və təhsil, 2020. Azərbaycan dilinin orfoqrafiya lüğəti (müştərək) // Təkmilləşdirilmiş 7-ci nəşr. Bakı: Elm, 2021. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya // Ali məktəblərin bakalavr pilləsi üçün dərsliyinin proqramı. Bakı: Elm və təhsil, 2021. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya // Ali məktəblər üçün dərslik. Bakı: Elm və təhsil, 2021. Azərbaycan dili və nitq mədəniyyəti (dərslik). II cild. Bakı: Elm və təhsil, 2022. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya // Ali məktəblər üçün dərslik. II nəşr. Bakı: Elm və təhsil, 2022. Müasir Azərbaycan dili (Leksikologiya). Bakı: Zərdabi, 2022. Heydər Əliyev – Azərbaycan dili və azərbaycançılıq. Bakı: Elm və təhsil, 2023. Vahid sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı terminlər lüğəti (müştərək). Bakı: Elm və təhsil, 2023. Biblioqrafiya. Bakı: Elm və təhsil, 2023. Heydər Əliyevin dilçilik görüşləri. Bakı: Elm və təhsil, 2023. Mətn dilçiliyi və problemləri. Bakı: Zərdabi, 2023. Şirvani. Məzhəri türki // Tərtib, ön söz və şərhlər. Bakı: Elm və təhsil, 2023. Mahmud Kaşğari. Divanü-lüğat-it-türk // Tərtib, giriş və şərhlər. 3 cilddə. Bakı: Elm, 2024. Müasir Azərbaycan dilində funksional morfologiya (müştərək). Bakı: Elm və təhsil, 2024. Məmmədəmin Rəsulzadə - 140 (məqalələr toplusu). AMEA Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Elm və təhsil, 2024. Naşirlik fəaliyyəti "Nurlan" və "Elm və təhsil" nəşriyyat-poliqrafiya müəssisələrinin təsisçisi və direktorudur.Nəşriyyat işi: bu gün və sabah. "Ədalət", 2019. - 14 mart. - Səh.5;7
Üzvlükləri AMEA Nəsimi adına Dilçilik İnstitutu nəzdində filologiya üzrə elmlər doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının, Yaponiyada Higher Education Forumun (bax: Warm Regards, Higher Education Forum – http://www.prohef.org/), Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
"Filologiya məsələləri" elmi jurnalının redaksiya heyətinin üzvü və rəyçisidir.
Haqqında yazılanlar