Dursun Yaqub oğlu Hüseynov () — tibb elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi, "Tərəqqi" medalı laureatı (17.06.2000)

Həyatı Dursun Hüseynov 1915-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009. Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirib.

Azərbaycan farmakologiyasının yaradıcılarından biri kimi tanınmışdır. ATU-nun farmakologiya kafedrasının professoru olmuşdur.

O, 6 monoqrafiyanın, 200-dən artıq elmi məqalənin, o cümlədən 10 dərslik, 4 dərs vəsaiti, 3 lüğət və farmakologiya üzrə 2 məlumat-sorğu kitabının müəllifidir.

Dursun Hüseynov onlarla elmlər doktoru və elmlər namizədi yetişdirmişdir.

1990-cı ildə Azərbaycan SSR əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

2009-cu ildə vəfat etmişdir.

Əsərləri Ümumi və xüsusi resepturaya dair vəsait. Bakı: Azərnəşr, 1957. Ən yeni dərmanlar və onların tibbdə işlədilməsi. Bakı: Azərnəşr, 1963. Yeni dərman preparatları. Bakı, Azərnəşr, 1970. Ümumi və xüsusi reseptura Bakı, 1976. Dərman preparatları, I hissə. Bakı, Maarif, 1983. Dərman preparatları, II hissə. Bakı, Maarif, 1985. Рецептурный справочник. Баку: Азернешр, 1988. Farmakoterapiyadan məlumat kitabı. Bakı: Azərnəşr, 1993.

İstinadlar

Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Farmakoloqlar