Qara kərgədan () — kərgədanlar fəsiləsinin qara kərgədan cinsinə aid yeganə növ. Yox olma təhlükəsi altındadır.

Görünüşü Gövdəsinin uzunluğu 300–375 sm. Peysərdə hündürlüyü 140–150sm. Çəkisi 1–1,8 ton. Başında iki, bəzən üç və hətta beş buynuzu olur. Qabaq buynuzunun uzunluğu adətən — 50, maksimum 138 sm. Qabaq dodağının ucu biz kimidir və xortum kimi aşağı dodağının üstünə sallanır. Rəngi adətən tünd qonur olur.

Arealı Afrikada savanna ərazisində Namibiyadan və Kap əyalətinin cənub-qərbi hissəsindən Botsvana, Zimbabve, Mozambik, Malavi, Zambiya, Anqola, Konqo, Tanzaniya, Uqanda, və Keniyadan, Somali, Efiopiya, Sudandan qərbə MAR, Şimali Kamerundan, Çada eləcə də Nigeriyaya qədər yayılmışdır. Hal hazırda bu ərazilərin bəzi yerlərində, əsasən Milli parklarda, bir birindən uzaqda yerləşən sahələrdə qalıblar. Quru meşələrdə, savannalarda, çöllərdə və hətta yarımsəhralarda məskunlaşırlar.

Qaynaq В.Е. Соколов. Редкие и исчезающие животные. Млекопитающие. Москва Высшая школа 1986 səh.482

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Kərgədanlar Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Afrika məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları