thumbnail
Zuvand Dövlət Təbiət Yasaqlığı – 1969-cu ilin iyulunda Lerik və Yardımlı rayonları ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. heyvanların qorunmasıdır.
Sahəsi 15 000 hektardır. Ərazinin bitki örtüyü çox kasıb olub, quru bozqır bitkiləri komplekslərindən təşkil olunmuşdur. Əsasən yabanı dənli və paxlalı-dənli bitki qrupları üstünlük təşkil edir. Yasaqlığın ərazisi heyvanlar aləmi ilə çox zəngin deyil. Burada qayakeçisi, kaftar, çöl donuzu, dovşan, canavar, tülkü və s. heyvanlar yayılmışdır.
Mənbə
Xarici keçidlər
Azərbaycanın Dövlət Təbiət Yasaqlıqları
Həmçinin bax Dövlət Təbiət Yasaqlığı Azərbaycan qoruqları
Kateqoriya:Yasaqlıqlar Kateqoriya:1969-cu ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Lerik rayonu Kateqoriya:Yardımlı rayonu