thumb thumb|250px|Peç, Macarıstan, 2010-cu il üçün seçilmiş Avropanın mədəniyyət paytaxtlarından biri Avropanın mədəniyyət paytaxtları — Avropa Birliyinin təşəbbüsü. Hər il qitənin bir şəhəri onun mədəniyyət mərkəzi seçilərək onun mədəni inkişafına diqqət cəlb edilir.
Avropanın mədəniyyət mərkəzi elan edilməsi həmin şəhərə əlavə maliyyə vəsaitləri yönəldir ki, bu da onun mədəni müəssisələrinin yenilənməsinə səbəb olur. Məsələn, Portunun (Portuqaliya) mədəniyyət paytaxtı elan edilməsi orada gözəl bir Portu Musiqi Evinin inşasına səbəb oldu.
Avropanın birinci mədəniyyət paytaxtı Avropa Birliyi tərəfindən 1985-ci ildə Afina elan edilib.
Sonradan anoloji olaraq 1990-cı illərin axırlarından Ərəb mədəniyyət paytaxtı və Amerikanın mədəniyyət paytaxtı təşəbbüsləri də meydana gəldi.
Avropanın mədəniyyət paytaxtlarının siyahısı 1985: Afina, Yunanıstan 1986: Florensiya, İtaliya 1987: Аmsterdam, Niderland 1988: Qərbi Berlin, Almaniya 1989: Paris, Fransa 1990: Qlazqo, Böyük Britaniya 1991: Dublin, İrlandiya 1992: Madrid, İspaniya 1993: Antverpen, Belçika 1994: Lissabon, Portuqaliya 1995: Lüksemburq (şəhər), Lüksemburq 1996: Kopenhagen, Danimarka 1997: Saloniki, Yunanıstan 1998: Stokholm, İsveç 1999: Veymar, Almaniya 2000: Avinyon, Fransa, Bergen, Norveç, Bolonya, İtaliya, Brüssel, Belçika, Helsinki, Finlandiya, Krakov, Polşa, Praqa, Çexiya, Reykyavik, İslandiya, Santyaqo-de-Kompostela, İspaniya 2001: Porto, Portuqaliya, Rotterdam, Niderland 2002: Bryüqqe, Belçika, Salamanka, İspaniya 2003: Qras, Avstriya 2004: Genuya, İtaliya, Lill, Fransa 2005: Kork, İrlandiya 2006: Patrı, Yunanıstan 2007: Sibiu, Rumıniya, Lüksümburq (şəhər), Lüksemburq, ( Belçika, Almaniya, Fransa, Lüksemburq adından) 2008: Lverpul, Böyük Britaniya, Stavenger, Norveç 2009: Vilnüs, Litva, Lins, Avstriya 2010: Essen, Almaniya 2010: İstanbul, Türkiyə 2010: Peç, Macarıstan 2011: Turku, Finlandiya, Tallin, Estoniya 2012: Qimaraynş, Portuqaliya, Maribor, Sloveniya 2013: Marsel, Fransa, Koşise, Slovakiya 2014: Umeo, İsveç, Riqa, Latviya 2015: , 2016: San Sebastian, İspaniya, 2017: , 2018: , 2019: Matera, : 2020: Galway, İrlandiya, Rijeka, Xorvatiya 2021: Timișoara, Rumıniya, Novi Sad, Serbiya
Mənbə Mittag, Jürgen (Hg.): "Die Idee der Kulturhauptstadt Europas. Anfänge, Ausgestaltung und Auswirkungen Europäischer Kulturpolitik." Essen 2008.
İstinadlar
Həmçinin bax Mədəniyyət Paytaxt
Kateqoriya:Mədəniyyət Kateqoriya:Avropa dövlətlərinin paytaxtları Kateqoriya:Avropa mədəniyyəti