"Bu cütlüyü Allah yaradıb" () — rejissor Aditya Çopranın filmi.
Məzmun
İlk görüşdə eşq. Surinder bir vaxtlar ona dərs demiş müəlliminin qızını görəndə məhz bu hissi keçirir. Aşiq olduğu qız – Tani gəncdir, lakin artıq nişanlıdır. Taninin atası ölüm ayağında Surinderdən Tanini himayə etməsini və onunla ailə qurmasını istəyir. Çünki Taninin nişanlısı yol qəzasında həlak olur. Çox utancaq və subay olan Surinder Tani ilə evlənir. Amma Tani atasının və keçmiş nişanlısının ölümündən sonra həmişə qəmgin görünür. Surinder Taninin xoşbəxtliyini geri qaytara bilmir. Onlar ər-arvad kimi yox, bir evə salınmış iki yad adam kimi yaşayırlar. Lakin Surinder Tanini dəlicəsinə sevir.
İş elə gətirir ki, Tani rəqs kursuna yazılır. Surinder özünü yeni bir imicə salaraq birdən-birə tamamilə başqa bir adama – "Rac"a çevrilir. Bu işdə ona dostu Bobbi yarım edir. Rəqs kursunda tərəfdaş bölgüsü aparılarkən Rac (Surinder) Tani ilə düşür. Tani öz ərini tanımır və getdikcə bu "Rac"a aşiq olur. Sonda yalnız bir problem qalır: Tani əslində kimi sevir – komik və səmimi Racı, yoxsa monoton və utancaq əri Surinderi?
Film haqqında
Film bir çox mükafatlara layiq görülmüşdür. Film prokatdan 850 milyon rupi gəlir əldə edərək 2008-ci ilin hitləri sırasında ikinci yeri tutmuş və Bollivudun ən çox kassa gəliri əldə etmiş filmləri siyahısında altıncı olmuşdur.
Filmin musiqiləri
Tujh Mein Rab Dikhta Hai Haule Haule Dance Pe Chance Phir Milenge Chalte Chalte Tujh Mein Rab Dikhta Hai Dancing Jodi
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : Aditya Çopra Rejissor : Aditya Çopra Operator : Ravi K. Çandran Bəstəkarlar : Səlim Merçant, Süleyman Merçant Prodüserlər : Aditya Çopra, Yaş Çopra
Rollarda
Aktyor Rol Şahrux Xan Surinder (Suri) SahniRac Kapur Anuşka Şarma Taniya (Taani) Qupta Vinay Patak Balvinder (Bobbi) Khosla Manhmet Sinh qarajın sahibi Raca Kacol kameo Priti Zinta kameo Bipaşa Basu kameo Lara Dutta kameo Rani Mukherci kameo
İstinadlar
Xarici keçidlər Filmin rəsmi saytı
Kateqoriya:Hindistan filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:2008-ci ilin filmləri Kateqoriya:Hindcə filmlər Kateqoriya:Hindistanın romantik komediya-dram filmləri Kateqoriya:Hindistanın musiqili filmləri Kateqoriya:Evlilik haqqında filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin hind dilli filmləri Kateqoriya:Komediya-dram filmləri