Qasımbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımbəyli qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il tarixli Qanunu ilə, Xındırıstan kənd inzibati ərazi dairəsinin tərkibində yeni salınmış qəsəbələrdən birinin Qasımbəyli qəsəbəsi adlandırılması, Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi qərara alınmışdı. Həmin Qanunla, Qasımbəyli qəsəbəsinin Xındırıstan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Qasımbəyli qəsəbə inzibati ərazi dairəsinun yaradılması qərara alınmışdı.

Bu qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Xındırıstan bələdiyyəsinin ərazisinə aid edilib.

İstinadlar

Kateqoriya:Ağdam rayonunun qəsəbələri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri