Azərbaycan–Serbiya münasibətləri — Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1997-ci ilin avqust ayının 21-də qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .
2011-ci ildə Belqrad parklarının birində Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin 3 metrlik heykəli ucaldılıb. 2012-ci ildə iki ölkənin ticarət dövriyyəsi 35 milyon dollar olub. 2013-cü ildə Bakıda serb-amerikalı alim Nikola Teslanın abidəsinin açılışı keçirildi. Serbiyada ən iri layihələrdən biri – Liq-Prelin avtomagistralının «Koridor -11» sahəsinin inşası üçün Azərbaycan Serbiyaya 308 mln. avroluq kredit ayırıb. Saziş 25 illikdir, kredit illik 4 faizlə verilir.
Azərbaycanla Serbiya arasında indiyədək 50-dən çox sənəd imzalanıb.
Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində "Azərbaycan-Serbiya və Çernoqoriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Məlahət İbrahimqızı olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2005-ci il tarixli, 21-IIIQR nömrəli Qərarı. e-qanun.az . 31 oktyabr 2008-ci il tarixində işçi qrupunun adı dəyişdirilərək "Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adlandırılmışdır"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun adının dəyişdirilməsi, yeni işçi qruplarının yaradılması və mövcud işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 31 oktyabr 2008-ci il tarixli, 713-IIIQR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən də Məlahət İbrahimqızı işçi qrupunun rəhbəridir.
Azərbaycanın Kosovo probleminə münasibəti
1999-cu ildən Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsində olan Kosovo 2008-ci il fevralın 17-də müstəqilliyini elan edib. Bu qərardan dərhal sonra ABŞ və bəzi Avropa dövlətləri Kosovonun müstəqilliyini tanıyıb. Ancaq dünya birliyinin bu məsələdə rəyi haçalanıb. Kosovonun müstəqilliyinə ilk etirazlardan biri Azərbaycanın paytaxtından gəlib. Həmin gün – fevralın 17-də brifinq keçirən Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü dövlətin mövqeyini belə açıqlayıb: "Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur".
Bunun ardınca – fevralın 26-da prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması üçün Milli Məclisə müraciət göndərib. Kosovoda Türkiyə taborunun tərkibində fəaliyyət göstərən 34 nəfərlik sülhməramlı Azərbaycan taqımı Milli Məclisin martın 4-də keçirilən iclasının qərarıyıla geri çağırılıb. Aprelin 15-də taqım Azərbaycana qayıdıbİLHAM ƏLİYEV: "KOSOVONUN BİRTƏRƏFLİ QAYDADA MÜSTƏQİLLİYİNİ BƏYAN ETMƏSİ QEYRİ-QANUNİ ADDIMDIR".
İqtisadi əlaqələr 2022-ci ildə Azərbaycanla Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında qərar və memorandumun imzalanıb.
Əmtəə dövriyyəsi (min doll.) İlİxracİdxalÜmumi dövriyyəsi20201 196,187 864,60 9 060,7820211 189,868 043,089 232,9420221 743,389 142,4110 885,79
Mədəni əlaqələr 2013-cü ildə Bakıda "Balkan" serb mətbəxi restoranı fəaliyyətə başlamışdırBakıda “Balkan” serb restoranı açılıb . interfax.az, 21.05.2013 .
İdman sahəsində əməkdaşlıq Futbol qarşılaşmaları
Səfirliklər Azərbaycanın Serbiyada: Belqradda Azərbaycan səfirliyi
Serbiyanın Azərbaycanda: Bakıda Serbiya səfirliyi İstinadlar
Xarici keçidlər Serbiyadakı Azərbaycanın səfirliyi Rəsmi sayti Azərbaycandakı Serbiyanın səfirliyi Rəsmi sayti İkitərəfli münasibətlər
*