() — aləminin tipinin sinfinə aid heyvan dəstəsi.
Bədəninin uzunluğu 6sm-dən 1,7 m-ə qədər olan sümüklü balıqlardır. Təbaşir və pliosen çöküntülərindən məlumdur. 3200-dən artıq növü 3 yarımdəstədə birləşir: xarasinşəkillilər (16 fəsilə), himnotşəkillilər 914fəsilə) və karpşəkillilər (7 fəsilə). Xəzər hövzəsində dəstə 2 fəsilə ilə təmsil olunmuşdur: çəkilər (karplar) və ilişgənlər. Çəkikimilər Xəzər dənizində geniş yayılmış və növlərinin çoxluğuna görə Xəzərin balıq faunasının əsasını təşkil edən şirinsu mənşəli balıqlardır.Onlar duzluluğu az olan Xəzərdə artıb böyümək üçün özlərinə əlverişli şərait tapmışlar. Çəkikimilər çaylardan başqa, dənizlərdə də böyük sahədə yayılmışlar. Mühüm vətəgə əhmiyyəti daşıyan çəki, külmə, çapaq kimi növlər əsasən Şimali Xəzərdə cəmləşmişdir. Cənubi Xəzərdə Kür və Atrek hövzə lərində xəzər şirbiti, şəmayı, qarasol və s. kimi növlərin sayı çox olmadığından vətəgə əhəmiyyətləri də azdır.70-ci illərdən başlayaraq Xəzərdə daha üç növ çəkikimi balıqlar (ağ amur, əlvan və ağ alın) iqlimləşdirilmişdir.Xəzərdə və ona tökülən çaylarda yaşayan çəkikimilər bir-birindən ölçüsünə, kütləsinə, qidalanmasına və həyat tərzinə görə fərqlənirlər.Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh56.
Təsnifatı Balitorlar (Balitoridae) fəsiləsi Kotosomlar (Catostomidae) fəsiləsi Çöprələr (Cobitidae) fəsiləsi Çəkilər (Cyprinidae) fəsiləsi Sormacalılar (Gyrinocheilidae) fəsiləsi Psilorinxlər (Psilorhynchidae) fəsiləsi
İstinadlar
Xarici keçidlər Çəki baliğı Balıq Ovu-Suyun İçinə Girib Qarmaqla 20Kiloluq Çəki Balıqları Tutur
Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007, 165 səh. M.M.Seyid-Rzayev. Mingəçevir su anbarı vətəgə balıqlarının populyasiya strukturu və bioloji xüsusiyyətləri."Elm", Bakı-2017, 284 səh
Həmçinin bax
Kateqoriya:Afrika balıqları Kateqoriya:Avropa balıqları