Xətai (əvvəlki adı: Sovxoz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun Siyaqut kənd Sovetindəki Sovxoz kəndi Xətai kəndi adlandırılmışdır. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kənd inzibati ərazi dairəsi tərkibindəki Xətai kəndi Havuş kənd inzibati ərazi dairəsinin tərkibinə verilmişdir.
Toponimikası Düzənlikdədir. 1930-cu ildə Sovxoz adlandırılmışdır. 1991-ci şair və dövlət xadimi Şah İsmayıl Xətainin adı ilə Xətai adlandırılmışdır. Memorial toponimdir.
Əhalisi Əhalisi 409 nəfərdir (2009-cu il).Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şərur rayonunun kəndləri