Şilyan — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Şilyan kənd inzibati ərazi dairəsində kənd.

Bələdiyyə Şilyan–Qarabucaq bələdiyyəsinə tabedir.

Tarixi 16–17-ci əsrlərdə bu ərazidə şilyan tayfaları məskunlaşmışdır. 1859-cu ilə qədər ərazi Şamaxı quberniyasının Göyçay qəzasına, 1859-cu ildə quberniyanın mərkəzi Bakıya köçürüləndən sonra isə Bakı quberniyasına tabe olmuşdur. 1918-ci ildə Osmanlı ordusunun komandanı Nuru Paşa bu əraziyə kömək üçün gəlmiş və aclıq və xəstəlikdən ordunun xeyli hissəsi tələf olmuşdur. Kənd sakinləri hələ də məişət qazıntıları apararkən bu qalıqlara rast gəlir.

Toponimikası Şilyan oyk. Şirvan düzündədir. Yaşayış məntəqəsi Ucar r-nu ərazisində mövcud olmuş Müsüslü Şilyan kəndindən köçüb gəlmiş ailələrin indiki ərazidə maskunlaşması nəticəsində yaranmışdır. Kənd Göyərçin Şilyan və Orta Şilyan (Düyü Şilyan da adlanır) kimi iki məhəlləyə ayrılır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 4733 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Ərazisində 2 məktəb, tibb məntəqəsi var. Əraziyə qaz xətti, həmçinin yeni asfalt yollar çəkilmişdir.

Həmçinin bax Kürdəmir rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Kürdəmir rayonunun kəndləri