Bir qalanın sirri tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1959-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Əsas rolları Gündüz Abbasov, Tamara Kokova, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov, Andrey Fayt və Əli Zeynalov ifa edirlər.

Məzmun Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Gündüz Abbasov), Kamran baba (Əli Qurbanov) bu mübarizənin önündə gedirlər.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 46

Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir."Mətanət bacı"nın 77 yaşı tamam olub: Tamara Kokova çoxdandır filmlərə çəkilmir: ["Bir qalanın sirri" filmində Mətanət obrazını yaratmış Tamara Kokova haqqında] //Kaspi.- 2011.- 7 aprel.- S. 15.

Film haqqında Film Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında ekranlaşdırılmışdır. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir.

Demək olar ki, 1958-ci ildə Əlisəttar Atakişiyev kinematoqrafımızda yaddan çıxmış bir janr, nağıl janrını yenə dirçəltdi və ilk dəfə çəkiliş meydançasına quruluşçu rejissor kimi gəldi. "Bir qalanın sirri" filmi belə yarandı.

Film rejissor Əlisəttar Atakişiyevin quruluşçu rejissor kimi kinoda ilk işidir.

Rollarda Gündüz Abbasov — Elşən Tamara Kokova — Mətanət Məmmədrza Şeyxzamanov — Eldostu Əli Qurbanov — Kamran baba Andrey Fayt — Göygöz Kosa Əli Zeynalov — Simnar xan Ağadadaş Qurbanov — usta Ağahüseyn Cavadov — falçı Məlik Dadaşov — dərviş Telman Əliyev — Hadı Fərhad İsmayılov — Bıdı Arif Mədətov (aktyor) — Qara qul Tələt Rəhmanov — Yaraqlı Nazim Ağayev

Filmi səsləndirənlər:

Müxlis Cənizadə — Elşən (Gündüz Abbasov) (titrlərdə yoxdur)

Sofya Bəsirzadə — Mətanət (Tamara Kokova) (titrlərdə yoxdur)

İsmayıl Əfəndiyev — Eldostu (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur)

Əlizaman Qasımov — Göygöz Kosa (Andrey Fayt) (titrlərdə yoxdur)

Hüseynağa Sadıqov (aktyor) — Yallı (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Əlisəttar Atakişiyev. "Uşaq filmlərinin çəkilməsi" //Ədəbiyyat və incəsənət.- 1975.- 5 aprel.- səh. 14. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 31; 287. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 125–130. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər Filmi izlə Filmin musiqiləri (video) Filmin musiqiləri (audio)

Kateqoriya:1959-cu ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın fantastika filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ nağıl filmləri Kateqoriya:Canlı aktyorlar və animasiyanın olduğu filmlər Kateqoriya:SSRİ-nin uşaq filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Danışan heyvanlar haqqında filmlər