Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Carlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Din Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2012-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh. 629

Tanınmışları Aşıq Əhməd Rüstəmov

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Kürdəmir rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

Kateqoriya:Kürdəmir rayonunun kəndləri