Məşədi Hüseynli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Zopun kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Məşədi Hüseynli kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.
Toponimikası Dağlıq ərazidədir. Yaşayış məntəqəsi məşədihüseynli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Məşədi Hüseynin nəslindən olanlar, məşədühüseyngillər” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 117 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri