Xıçaso — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd.

Xıçaso Astara rayonunun Kijoba qəsəbə inzibati ərazi vahidində kənd. Təngərud çayının sahilində, Lənkəran ovalığındadır. Yerli əhalinin dilində Xıçəso kimi tələffüz edilir. Oykonimi Talış dilindəki xıç (armud), -ə (bitişdirici sait) və sə (həyət) komponentlərinin birləşməsindən ibarət "armudluq", "armud bağı" və ya xıçə (budaq) və sə (baş) komponentlərindən ibarət "budaq başı" mənasını bildirən soz kimi izah edirlər."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 350

Etimologiyası Yaşayış məntəqəsinin düzgün adı Xıçəsə olmalıdır. Oykonimin tərkibindəki xıç talış dilində "cır armud", "ə" bitişdirici sait və "sə" "həyat", "yaşayış yeri" topoformantından ibarətdir (Cır armudlu kəndi).Akademik Budaq Budaqovun Şəxsi Veb Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

İstinadlar

Kateqoriya:Astara rayonunun kəndləri Kateqoriya:Astara rayonunun yaşayış məntəqələri