Azadkənd — Azərbaycan Respublikasının Saatlı rayonunun Azadkənd kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi Əhalisinin sayı 1853 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimikası Muğan düzündədir. Keçmiş adı 5 Dekabr (Konstitusiya gününə işarədir) olmuş, 1937-ci ildə Sabirabad rayonunun Həşimxanlı kəndindən gəlmiş ailələr tərəfindən salınmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007
İstinadlar
Kateqoriya:Saatlı rayonunun kəndləri